Müəllimlər niyə intihar edir? - AÇIQLAMA
Bu həftə Azərbaycanda iki müəllim intihar edib. Bu kifayət qədər ciddi bir məsələdir. Əvvəllər ali təhsil müəissiələrinə qəbul olmayan yeniyetmələrin intihar xəbərlərini görürdük, indi isə artıq onlara elm öyrədən, təhsil verən müəllimlərin də intihar hallarına rast gəlirik.
Bəs görəsən müəllimlərin intihar etmələrinə səbəb nədir?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, intihar hadisələrini insanların müəllim kimliyi ilə əlaqələndirmək doğru deyil:
"Son günlərdə müəllimlər arasında yaşanan iki intihar hadisəsini böyük məyusluqla qarşılayırıq. Hər ikisinə allahdan rəhmət diləyirik. Təbii ki, səbəbindən və insanın uğrdığı problemlərdən asılı olmayaraq intihar istər insan xarakteri baxımından, istər dini zəmindən yolverilməz bir hadisədir. Mən yaşanan intihar hadisəsini, baş verən ailə faciəsini insanın peşəsi ilə qətiyyən bağlamaq istəməzdim. Bakıda bir kişi, Zaqatalada isə bir qadın müəllim intihar edib. Mən bu hadisəni qətiyyən onların peşəsi ilə və ya peşələrinin gətirdiyi dezavantajlarla əlaqələndirmək istəmirəm və bunun qəti əleyhinəyəm. Ola bilər kimsə düşünsün ki, adam müəllim işlədiyinə görə müəyyən maddi və ya psixoloji sarsıntı keçirib, bu da sonda onun intiharına səbəb olub. Bu fikirlə qətiyyən razılaşmaq olmaz. Bunlar müəllim adına və nüfuzuna xələl gətirmək üçün atılan manipulyativ addımlardır. Bundan əmin ola bilərsiniz".
Elmin Nuri qeyd edib ki, müəllimlik peşəsi əvvəlki kimi olmasa da, yenə də cəmiyyətdə nüfuzlu peşələrdən hesab edilir:
"Bizim cəmiyyətdə müəllimə olan münasibət başqa ölkələrdən müsbət istiqamətdə çox fərqlənir. Müəllimlərin əmək haqqı isə digərlər peşələrdən heç də pis deyil. Bu qətiyyən intihara səbəb ola bilməz. Ümumiyyətlə biz hər hansı bir intiharda maddi element axtarmamalıyıq. Bu mütəxxəsislərin, ekspertizanın və digər səlahiyyətli şəxslərin müəyyən edəcəyi bir işdir. Məsələyə təhsil prizmasından yanaşanda mənim deyəcəyim yeganə məsələ ortadakı sarı simin qətiyyən tapdalanmamasıdır. İntihar hadisələrinin insanın müəllim kimliyi ilə əlaqələndirilməsi qətiyyən doğru deyil. Ümid edirəm daha da olmaz. Hər bir insanın həyatında müəyyən problemlər olur, kimsə iradəsindən aslı olaraq bu addımı ata bilər, amma biz bunu onun peşəsi ilə əlaqələndirə bilmərik. Müəllimlik bu gün elə peşə deyil ki, onunla məşğul olan şəxslər intihar həddinə çatsın".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?