Pensiyalar nə qədər artırılacaq? - Komitə sədrinin müavini açıqladı

Pensiyalar nə qədər artırılacaq? - Komitə sədrinin müavini açıqladıBu ilin 23 sentyabrında VII çağırış Milli Məclisin ilk iclası keçirilb. İclasda Prezident İlham Əliyev də iştirak edib. Prezident İlham Əliyev Milli Məclisdə bir sıra məsələlərə toxunub, mesajlar verib. Prezidentin haqqında danışıdğı məsələlərdən biri də minimum pensiya və əmək haqlarının qaldırılması ilə bağlı olub.

Dövlətimizin başçısı gələn il də minimum əmək haqqı və minumum pensiyaların artırılacağını vəd edib. "Əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Çünki biz 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artmışdır. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır",- o deyib.

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə pensiyalar bu ilin fevral ayında artırılıb. Prezidentin imzaladığı sərəncamla pensiyalar indeksləşdirilib.

Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb.

Qeyd edək ki, pensiyaların indeksləşdirilməsi hər ilin əvvəli həyata keçirilir. Ancaq bəzi ekspertlər növbəti dəfə pensiyaların indeksləşdirilmədən əvvəl artırılacağını düşünür.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev bildirib ki, ölkə başçısının çıxışı göstəriş kimi də qəbul oluna bilər:

"Milli Məclisin ilk iclasında ölkə başçısı cənab İlham Əliyev minimum əməkhaqqının və minimum pensiyanın artırılması ilə bağlı anons verib. Görünür ki, bu, hökumətin planında da nəzərdə tutulur. Eyni zamanda bu, icra strukturlarına və hökumətə bir göstəriş kimi də qəbul oluna bilər. Hesab edirəm ki, Azərbaycanın kifayət qədər iqtisadi gücü və potensialı var".

Elşad Musayev vurğulayıb ki, məslənin daha geniş miqyasda həlli gözlənilir:

"Bu bölgədə minimum və orta aylıq əməkhaqları da, minimum pensiya da digər ölkələrdən yuxarıda olmalıdır. Ona görə də bu məsələni, yalnız indekləşdirilmə ilə əlaqələndirmək doğru olmazdı. Daha geniş miqyasda bu məsələrin həllinin gözlənildiyi hiss olunur. Deputat kimi biz də maraqlıyıq ki, pensiyalar, əmək haqları artsın. Çünki müəyyən kəsim var ki onların sosial müdafiəyə ehtiyacı var. Bizim borcumuz da onan ibarətdir ki, həmin sosial müdafiəyə ehtiyacı olan kəsimin tələbatlarını ödəməkdən ötrü tövsiyələr verək və bu yöndə fəaliyyət göstərək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2089   Tarix: 10 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr