Gəncədə ailəsini itirən Nilay: Müəlliməsi bunu eşidib çox ağladı – FOTOlar

Gəncədə ailəsini itirən Nilay: Müəlliməsi bunu eşidib çox ağladı – FOTOlar"Nəvəm deyirdi ki, pul göndərin, valideynlərim Rusiyadan qayıtsın. Psixoloqların köməyi ilə ona ana və atasının rəhmətə getdiyini dedik. Bir müddət onların yoxluğu ilə barışmadı, qışqırdı, ağladı".

Sonxeber.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olan 1992-ci il təvəllüdlü Günay Əliyevanın atası Zahid Babazadə deyib.

Zahid bəy Nilayın babasıdır. Nilay Gəncə hadisələrində anası Günay Əliyevanı, atası Adil Əliyevi, eləcə də ata nənəsi Afaq Əliyevanı itirib. İndi Nilay birinci sinifdə oxuyur. O, nənə və babasının himayəsindədir. Zahid bəy deyir ki, dəhşətli hadisə baş verən zaman Nilay 1 yaş yarımlıq olub.

"Nilayın anası hamilə idi. Partlayış zamanı həm özü, həm də uşağı həyatını itirdi. Yeznəm isə partlayışda sağ imiş. Nilayın xilas edib, sonra Günayın arxasınca gedəndə həlak olub. Biz düşünürük ki, onun ürəyi partlayıb. Çünki partlayış zamanı o sağ olub. İndi yeganə ümidimiz Nilaydır. Partlayışdan sonra Bakıya köçdük. Orada bir il yaşadıq. Əvvəl Nilaya demişdik ki, valideynlərin Rusiyadadır, gələcəklər. Bir dəfə müəlliməsinə dedi ki, pul verin, anamı, atamı Rusiyadan gətirək. Müəlliməsi bunu eşidib çox ağladı. Və qərara gəldik ki, həqiqəti açıb deyək. Nəvəmlə psixoloji söhbətlər aparıldı, valideynlərinin həlak olmasını psixoloqların köməyi ilə dedik. Bir müddət pis oldu, qışqırdı, ağladı.

Başa düşdük ki, Nilay tam dəyişib. Buna görə də Gəncəyə qayıtdıq, burada nəvəmi məktəbə yazdırdıq. Bundan sonra hər şey yoluna düşdü".

"O qızımın yadigarıdır. İngilis dilində təhsil alır. Nilaydan gözləntilərim böyükdür. Hadisələri, valideynlərinin yoxluğunu psixoloqun köməkliyi ilə ona izah etdik. Dedi: "onsuz ki, mən bilirdim. Demirdim ki, siz üzüləcəksiniz. Erməni evimizi dağıtdı, onları zəlil qalsın". Mən onu, o da məni qoruyur.

Qızımın bombalanan evi ilə bizim yaşadığımı mənzil arasında 10 dəqiqəlik yol var. Gecə yuxudan ayıldıq, evimiz silkələndi. Divandan yerə düşdük. Onda yoldaşım Rusiyada idi. Hadisədən 15 dəqiqə sonra qızımgilə çatdıq. Mən çatanda artıq Günay, yoldaşı və valideyni keçinmişdi. Danışdıqca elə bil ki, onları yaşayıram. O ev elə uçmuşdu ki... Bomba arxa tərəfdən düşmüşdü, əşyalar evin önündən çölə tökülmüşdü. Yataq otağından əsər- əlamət yoxdur.

Atasının sağ olduğunu Nilay dedi. Bir dəfə uşaqlarla oynayanda ədyalı onun başın atdılar. Boğuldu və qışqırdı. Dedi: "nənə, atam məni götürüb torpağın üstünə tulladı, qaçdı və qışqırdı". Bu sözləri uşaqdan öncə ətrafdakılar da demişdilər. Adil birinci uçqun vaxtı sağ olub. Orada adamlar elə vəziyyətdə idilər ki, heç özlərinin özlərindən xəbərləri olmurdu. Qışqırırdılar, öz səslərini eşitmirdilər.

Həmin evin yanından bir daha keçməmişəm. İndi məni həyata bağlayan Nilaydır".
Gəncədə ailəsini itirən Nilay: Müəlliməsi bunu eşidib çox ağladı – FOTOlarGəncədə ailəsini itirən Nilay: Müəlliməsi bunu eşidib çox ağladı – FOTOlarGəncədə ailəsini itirən Nilay: Müəlliməsi bunu eşidib çox ağladı – FOTOlarGəncədə ailəsini itirən Nilay: Müəlliməsi bunu eşidib çox ağladı – FOTOlarGəncədə ailəsini itirən Nilay: Müəlliməsi bunu eşidib çox ağladı – FOTOlarGəncədə ailəsini itirən Nilay: Müəlliməsi bunu eşidib çox ağladı – FOTOlarGəncədə ailəsini itirən Nilay: Müəlliməsi bunu eşidib çox ağladı – FOTOlarGəncədə ailəsini itirən Nilay: Müəlliməsi bunu eşidib çox ağladı – FOTOlarGəncədə ailəsini itirən Nilay: Müəlliməsi bunu eşidib çox ağladı – FOTOlar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1776   Tarix: 11 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr