Bu dönərxanalar bağlana bilər - AÇIQLAMA
Son zamanlar tez-tez dönərdən zəhərlənmə hallarının şahidi oluruq. Bu hadisələr adətən yol kənarlarında sanitar qaydalara əməl edilməyən dönərxanalarda baş verir.
Bəs görəsən bu dönərxanalara nə dərəcədə nəzarət edilir?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən qida təhlükəsizliyi üzrə ekspert Ağa Salamov bildirib ki, sahibkarların məsuliyyətsizliyi qida zəhərlənmələri ilə nəticələnir:
"Bu məsələ ilə bağlı qida mütəxəssisləri, insanların sağlamlığı üçün çalışan QHT-lər, Qida Təhlükəsizliyi Agentliyi yetərincə maarifləndirici və məlumatlandırıcı addımlar atır. Müxtəlif videoroliklər çəkilir, məqalələr dərc edilir. Amma çox təəssüflər olsun ki, bu gün bəzi sahibkarlar, xüsusilə, küçələrdə dönər alveri ilə məşğul olanlar məsuliyyətsizlik edirlər. Bəzi dönərxanalar soyuducu ilə təchiz olunmurlar. Təchiz olunanların da temperatur göstəricisi standartlara uyğun olmur. Bəzən çarpaz çirklənmə nəticəsində qida zəhərlənməsi baş verir. Həmçinin, toyuq dönərinin hazırlanma prosesində buraxılan yanlışlar, ətin düzgün şəraitdə hazırlanmaması, bişirərkən müştəri çoxluğuna görə çiy ətin müştəriyə təqdim olunması, gigyenik qaydalara əməl edilməməsi də qida zəhərlənməsinə gətirib çıxarır. Bu işlərə nəzarət edilir, amma insanlar özləri də biraz məsuliyyətli olmalıdırlar. Harda nə alıb yeyirlər bilməlidirlər. Düzdür, insanları da anlamaq lazımdır. Baxırlar ucuzdur alıb yeyirlər. Demirik ucuz olmasın, bahanın tərəfdarı da deyilik. Biz sadəcə vicdanın tərəfdarıyıq. İnsanlara tövsiyyə edərdik ki, yol kənarlarında satılanlar əvəzinə hazır dönərlərə üstünlük versinlər. Yerində dönərin hazırlanıb satılması şərtlərin pozulmasına gətirib çıxarır".
Yol kənarında satış edən dönərxanalar bağlana bilərmi?
"Uyğunsuzluq aşkar olunarsa, yol kənarında olan dönərxanalara akt tərtib olunur. Həmin uyğunsuzluğun aradan qaldırılması üçün xəbərdarlıq edilir. Əgər həmin uyğunsuzluqlar aradan qalxmazsa, o zaman ciddi tədbirlər görülə bilər".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Temperatur 10° enəcək - Xəbərdarlıq
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?