Azərbaycanda karantin rejmi nə zaman ləğv ediləcək? - AÇIQLAMA
Bildiyimiz kimi, Azərbaycanda karantin rejminin zamanı 2025-ci ilin yanvarına qədər uzadılıb. Bəs, 2020-ci ildən başlayan və hələ də davam edən karantin rejmi Azərbaycanda tam olaraq nə zaman ləğv edilə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a deputat Ceyhun Məmmədov danışdı.
Deputat açıqlamasında karantin rejminin hələ də bir problem olaraq qalmaqda davam etdiyini bildirdi:
"Hesab edirəm ki, hazırda 1 nömrəli prioritet olan məsələ əhalinin sağlamlığıdır. Nə vaxt bütün dünyada təhlükə sovuşsa və nə zaman görəsək ki, pandemiya tamamilə bitdi o zaman bu məsələyə baxıla bilər. Çünki biz hazırkı dövrdə də sözügedən məsələ ilə bağlı geniş müzakirələrin getdiyini görürük və bu bir problem olaraq dünyanın qarşısında hələ də qalmaqdadır. Biz ehtiyatlı addımlar atmalı, qərarlar qəbul etməliyik. Məhz həmin qərarlara görə də Azərbaycan karantin rejmini uzadıbdı. Bu cür addımların atılması da birmənalı şəkildə dəstəklənməlidir. Bu istiqamətdə işlər aparılmalıdır. Biz çalışmalıyıq ki, sözügedən istiqamətlərdə aparılan proseslərə öz töhvəmizi verək. Yəni, cəmiyyətimizin sağlamlığını, insanlarımızın gələcəyini qoruyaq və bu prosesdə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirə bilək. Hesab edirəm ki, karantin rejminin bitməsi ilə bağlı tələsməyə ehtiyac yoxdur, nə zaman lazım olsa, o vaxt qərar qəbul ediləcək. Hələki biz tələsməməliyik və işlərimizi də buna uyğun görməliyik. İnsanlarımız isə bu reallığı nəzərə almalıdır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Temperatur 10° enəcək - Xəbərdarlıq
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?