Vətən Müharibəsi Qəhrəmanı Prezidentə məktub YAZDI

Vətən Müharibəsi Qəhrəmanı Prezidentə məktub YAZDIVətən Müharibəsi Qəhrəmanı Qəzənfər Mahmud oğlu Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.

Modern.az-ın məlumatına görə, Vətən Müharibəsi Qəhrəmanı məktubda bunları qeyd edib:

"Hörmətli Ali Baş Komandan!

2023-cü il sentyabrın 20-si Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir. Həmin gün Ordumuza verdiyiniz tapşırığa əsasən, Sizin komandanlığınızla lokal xarakterli antiterror əməliyyatı keçirildi. Qarabağ Zəfərinin davamı olaraq, bir gün belə çəkməyən antiterror tədbirləri nəticəsində torpaqlarımız separatçılardan tamamilə təmizləndi, dövlətimiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Özümü xoşbəxt hiss edirəm ki, az da olsa mən də Vətənimizin bütövlüyü uğrunda döyüşmüşəm və layiq gördüyünüz Vətən Müharibəsi Qəhrəmanı adını daşıyıram. Biz üzərimizdə hər an Sizin qayğınızı hiss edirik. Fəxr edirik ki, Tanrı xalqımıza Sizin kimi müdrik Prezident, Ali Baş Komandan bəxş edib.

20 sentyabr tarixinin hər il Dövlət Suverenliyi Günü kimi qeyd olunması barədə imzaladığınız Sərəncam bizim də ürəyimizcə oldu. Həmin gün düşmən diz çökdü, tam zəfər çaldıq. Bu, bizim böyük tariximizdir. 20 sentyabr tarixi heç vaxt unudulmamalıdır, xalqımızın və eyni zamanda, düşmənlərimizin yaddaşına əbədi həkk olunmalıdır. Bu tarixi əbədiləşdirdiyiniz üçün Sizə minnətdarıq".

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev xərçəng xəstəsidir.

Qəzənfər Ağayev 13 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Təklə kəndində doğulub. 2013-cü ildə Zərifə Əliyeva adına Cəlilabad rayon 7 saylı orta məktəbi bitirib. Elə həmin il Ali Hərbi Akademiyaya daxil olub, 2017-ci ildə akademiyanı bitirib. 2017-ci ildən N saylı hərbi hissədə xidmət etməyə başlayıb.
Qəzənfər Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ yüksəyliyinin azadlığı uğrunda, Suqovuşanın azadlığı və Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Xüsusi Təyinatlı kəşfiyyat bölüyünün komandiri olmuş Q.Ağayev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.

Qəzənfər Ağayev "Suqovuşanın azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Vətən Müharibəsi Qəhrəmanı Ağdərə istiqamətində gedən döyüşlərdə aldığı xəsarətə görə yaranan xəstəlik səbəbindən ordu sıralarından tərxis olunub.

YAŞAT Fondu xərçəng xəstəliyindən əziyyət çəkən qazinin Türkiyədə müalicəsini təşkil edib.
Ailəlidir, 1 qızı var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1421   Tarix: 12 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr