Azərbaycanda sərnişin qatarlarında sürət həddi endirilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qeyri-sabit hava şəraiti ilə əlaqədar ölkədaxili sərnişin qatarlarında sürət həddini endirib.
Oxu.Az bu barədə ADY-yə istinadən xəbər verir.
Bildirilib ki, regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti və yağan leysan xarakterli güclü yağışlar səbəbindən Hacıqabul stansiyası ərazisində dəmiryol xətlərindən sel keçməsi ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi endirilib.
"Bununla əlaqədar hazırda ərazidə infrastruktura baxış keçirilir. Bu səbəblə qatarların qrafikində qismən gecikmə halları müşahidə olunacaq. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik", - deyə məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Temperatur 10° enəcək - Xəbərdarlıq
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?