Kafedra müdiri: Azərbaycanın iqlimi dörd quş populyasiyasını müşahidə etmək imkanı verir
Hər il Azərbaycan üzərindən milyonlarla quş növü şimaldan cənuba, cənubdan şimala doğru miqrasiya edirlər.
Bunu "Report"a açıqlamasında Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev deyib.
O bildirib ki, şimaldan cənuba doğru miqrasiya edən köçəri quş növləri Rusiyadan Qazaxıstanın şimalına, Şimali Avropa ölkələrindən Azərbaycan ərazisinə keçib gəlirlər:
"Köçəri yuvalayan quşlar isə cənub- şərqi Asiya ölkələrindən, Afrikadan və Avstraliyadan bizim ərazimizə yuvalamağa gəlirlər. Azərbaycanın iqlimi dörd quş populyasiyasını müşahidə etmək imkanı verir. Onlar köçəri quşlayan, köçəri yuvalayan, miqrant və oturaq quş populyarıdır. Miqrant quş populyasiyaları bizim ərazimizdən istifadə edirlər. Oturaq quş populyasiyalarına isə bizim ərazimizdə daimi rast gəlmək olar".
Ekspert söyləyib ki, quşların Azərbaycan ərazisinə keçməsi onların beynəlxalq konvensiyalara uyğun olaraq qorunması problemini gündəmə gətirir:
"Bu quşların böyük əksəriyyəti su – bataqlıq quşlarıdır. Xəzər dənizinin Azərbaycan sektorunda xüsusi rejimlə qorunan ərazilər var. Xüsusilə Qızılağac milli parkı su – bataqlıq quşlarının ən çox yerləşdiyi ərazidir. Dünyada baş verən iqlim dəyişiklikləri quşların köç vaxtına təsir etmir. Köç müddəti həmişə eyni vaxtda olur. Payızda günün uzunluğunun qısalması yaxud qida çatışmazlığı ilə bağlı quşlar şimal ölkələrdən cənub ölkələrinə miqrasiya edirlər".
Bildirək ki, bu gün Beynəlxalq köçəri quş günü kimi qeyd edilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Temperatur 10° enəcək - Xəbərdarlıq
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?