Françesko Korvaro: İtaliya COP29-da Azərbaycanın sədrliyi altında üzərinə aparıcı rol götürür
COP29-dan əvvəl Bakıda keçirilən görüş başa çatıb. Bu görüş noyabr ayında keçiriləcək iqlim konfransına gedən yolda mühüm bir mərhələni qeyd edib. Müzakirənin əsas mövzuları uyğunlaşma, təsirlərin azaldılması, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Paris Sazişinin 6-cı Maddəsi olub.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro Bakıda keçirilən Pre-COP29-un yekunlarına dair sosial şəbəkələrdə yazıb.
"Müzakirələr intensiv idi. Bu, məsələlərin kritik əhəmiyyətini əks etdirirdi. Mövzuların həssaslığına baxmayaraq, iştirakçılar arasında iqlim siyasətinə inamı və dayanıqlılığı artırmaq üçün konsensusa nail olmağın vacibliyi daha da vurğulanır", - F.Korvaro vurğulayıb.
O qeyd edib ki, İtaliya COP29-da Azərbaycanın sədrliyi altında üzərinə aparıcı rol götürüb: "Azərbaycan sədrliyi dörd əsas prioritetə əlavə olaraq beşinci prioritet - şəffaflıq üzərində diqqətini cəmləyib. Azərbaycan inkişaf etməkdə olan dövlətləri təmsil edən Qazaxıstanla yanaşı İtaliyanı bununla bağlı ölkə təyin edib. Bu təyinat İtaliya üçün tarixi bir fürsətdir. Ölkənin ədalətli və praqmatik keçidə sadiqliyinin beynəlxalq tanınmasını vurğulayır".
"İtaliyanın dünya səhnəsindəki rolunu gücləndirmək və iqlim dəyişikliyinə qarşı effektiv tədbirləri birgə irəli aparmaq üçün bu fürsətdən istifadə etmək son dərəcə vacibdir. İtaliya Avropanın və dünyanın ən böyük iqtisadiyyatlarından biri olaraq, davamlı inkişaf və aşağı karbonlu gələcəyə keçid sahəsində lider olmaq üçün əhəmiyyətli potensiala və resurslara malikdir", - F.Karvaro bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Temperatur 10° enəcək - Xəbərdarlıq
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?