Son vaxtlar məşhurlaşan "A-frame" tipli evlərlə bağlı problem - VİDEO
Son zamanalar Bakıda və bölgələrdə məşhurlaşan "A-frame" evlərin sayı artıb. Bu evlərə maraq çox olsa da, sənədləşmə məsələsi müşkülə çevrilib.
Bəs bu tip evlərə niyə çıxarış verilmir?
Vətəndaşlar bildirirlər ki, evlərə sənəd ala bilməmək onlar üçün müxtəlif problemlər yaradır. Öz evlərinə qeydiyyata düşə bilmirlər, tikilini sığortalamaq mümkün olmur.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, bu evlərə çıxarış verilməməsinin başlıca səbəbi qanundakı boşluqdur.
Maraqlısı isə odur ki, bu tip evlər çıxarışla təmin olunmasa da, kommunal xidmətlərə qoşulmağa icazə verilir. Burada isə belə bir sual ortaya çıxır: əgər çıxarış verilməyəcəksə, bu evlərin tikilməsinə niyə icazə verilir?
Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmisi Elmar Yaqubov bildirdi ki, "A-frame" evlər fərdi yaşayış evi kimi əsaslı tikinti işləri aparılmaqla daşınmaz əmlak olaraq inşa edilibsə, müvafiq sənədlə, yəni çıxarışla təmin edilir. Yox, əgər yüngül konstruksiyadan müvəqqəti tikili kimi inşa edilibsə, daşınmaz əmlak hesab olunmadığı üçün dövlət reyestrində hüquq predmeti deyil.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Temperatur 10° enəcək - Xəbərdarlıq
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?