Vətən müharibəsinin 18-ci günü - Füzulinin və Xocavəndin bəzi kəndləri işğaldan azad edilir
2020-ci il oktyabrın 14-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on səkkizinci günü.
Oxu.Az xatırladır ki, cəbhənin Ağdərə, Ağdam, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin bəzi istiqamətlərində mövqelərimizə hücum edən düşmən itki verir və geri oturdulur. Xeyli sayda döyüş texnikası sıradan çıxarılır. Həmçinin, Ermənistan ordusunun Gəncə, Mingəçevir və digər şəhərləri hədəfləyən əməliyyat-taktiki raket kompleksləri dəqiq zərbə ilə məhv edilir.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin beş ədəd "T-72" tankı, üç ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, bir ədəd "Osa-AKM" zenit-raket kompleksi, bir ədəd "PDM-2", bir ədəd "KS-19" zenit topu, iki ədəd "D-30" haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.
Düşmənin silahlı qüvvələri bu dəfə də döyüşləri cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini, mülki infrastrukturu hədəf alır, səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi artilleriya atəşinə tutulur. Nəticədə Tərtərin Narlı kəndində bir nəfər mülki şəxs həyatını itirir. Düyərli kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində səkkiz, Ağdamın Çəmənli kəndində fərdi yaşayış evinə mərmi düşməsi zamanı isə bir nəfər yaralanır. Günorta saatlarında cəbhənin Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı məhv edilir.
Bütün bunların fonunda Prezident İlham Əliyev sosial şəbəkə hesabında xalqa növbəti müjdəni verir. Ölkə başçısı rəşadətli Azərbaycan Ordusunun Füzuli və Xocavəndin bəzi kəndlərini işğaldan azad etdiyini açıqlayır.
Müharibə Ermənistanın informasiya cəbhəsində də məğlub olması ilə davam edir. Prezident İlham Əliyev "France 24" televiziya kanalına müsahibəsində müharibə ilə bağlı Azərbaycana yönələn ittihamlara nöqtə qoyur:
"Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir".
Bir sözlə, müharibənin on səkkizinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Temperatur 10° enəcək - Xəbərdarlıq
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?