İcra başçısı şöbə müdirini məktəbə göndərdi - Müəllimlər arasında dava məhkəmədə bitdi
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd tam orta məktəbində dərs bölgüsü ilə bağlı məktəb rəhbərliyi ilə müəllim arasında insident yaşanıb.
Qaynarinfo-nun məlumatına görə, məsələyə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli qarışmalı olub.
Belə ki, icra başçısı məsələnin həlli ilə bağlı Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeylanovu məktəbə göndərib. Samir Zeynalov icra başçısının göstərişi ilə dərs saatını nizamlamaq məqsədilə məktəbə gedib, bu məqsədlə direktor bütün ibtidai sinif müəllimlərini bir sinifə toplayıb. İclas zamanı ibtidai sinif müəlimi Səfiyyə Mehdiyevanın narazılığını aradan qaldırmaq üçün dərs saatına heç bir dəyişiklik edilməyib.
Təhsil şöbəsinin müdiri getdikdən sonra məktəb direktorun müavini Firaqə Əlveriyeva Səfiyyə Mehdiyeva "tfu sənə" deyib. Səfiyyə Mehdiyeva əsəbi halda "sinfimə kimsə girsə, qıçın qıracağam" deyərək, Firaqə Əlveriyevanı döyüb və üzünə tüpürüb.
Səfiyyə Mehdiyeva saxlanılaraq polis bölməsinə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tətrib edilib.
Məhkəmənin qərarı ilə 1962-ci il təvəllüdlü ibtidai sinif müəllimi Səfiyyə Mehdiyeva 300 manat cərimə edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Temperatur 10° enəcək - Xəbərdarlıq
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?