"Prezident İlham Əliyevin apardığı sülh siyasəti bundan sonra da uğur qazanacaq" - Əli Əhmədov
Müstəqillik bir dəfə əldə edilən aksiyadır, lakin onu qorumaq üçün hər zaman mübarizə aparmaq lazımdır.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov oktyabrın 18-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müasir tarix bir daha dövlət müstəqilliyinin qorunmasının bu gün də öz aktuallığını saxladığını göstərir:
"Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində əldə etdiyi Qarabağ qələbəsi Azərbaycana qarşı müxtəlif uğurları gözü götürməyən qüvvələr tərəfindən təzyiqləri başlatmaq üçün səbəb olub. Azərbaycanın güclənməsi, qüdrətinin artması ölkəyə qarşı məkrli niyyətlərin həyata keçirilməsinin qarşısını alan ciddi sipərə çevrilib".
Ə.Əhmədov qeyd edib ki, bu cür təhdid və təzyiqlərin olması Azərbyacan cəmiyyətini daha da bütövləşdirir: "Xalqımız hər zaman dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir. Xalqımızın birliyi əvvəlki dövrlərdən fərqli olaraq daha da güclənib. Azərbaycan sülh siyasətini, proqramını açıq şəkildə bəyan edib. Kimlərinsə xoşuna gəlməsə də, bu siyasət bu gün də uğurla davam edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin apardığı sülh siyasəti bundan sonra da uğur qazanacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 883 Tarix: 18 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabr