Hansı ərazilərdə torpaq sürüşməsi gözlənilir? – AÇIQLAMA
Havaların soyuması, yağışların artması yollarda sürüşmə hallarını artırıb. Bu həm ərazidəki evləri həm də sürücüləri təhlükəyə atır. Bəs görəsən hansı ərazilərdə sürüşmə ehtimalı daha yüksəkdir?
Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev Sonxeber.az – a açıqlama verib:
"Adətən isti hava şəraitində torpaqda çatlar əmələ gəlir və yağış yağan kimi o çatlar dolur. Nəticədə həmin ərazidə sürüşmə əmələ gəlir. Bildiyimiz kimi meşə torpaqlarının üst qatı əsasən yarpaq tullantı, çürüntü, çör-çöp dolu olur. Bu da çürüməyə səbəb olur. Yağış yağanda həmin üst qatı yuyub aparır. Beləliklə yağış torpağın alt qatına çatır və sürüşmə əmələ gəlir.
Bundan sonra da tikinti gedən yollarda, dağlıq ərazilərdə sürüşmə hallarının yaşanması gözlənilir. Mən istəyərdim ki, yol ifrastukturu olan ərazilərdə sədlər çəkilsin. Həmin sədlər sürüşməyə imkan verməyəcək. Su axınlarını da istiqamətləndirmək lazımdır ki, o sular dayanıqlı dursun və sürüşməyə rəvac verməsin.
Bakıda həddindən artıq tikinti gedir, infrastuktur dəyişir. Belə yerlərdə də sürüşmələrin olması qaçılmazdır. Amma yenə də narahat olmağa dəyməz. Bakıda elə güclü sürüşmələr gözlənilmir. Çünki yağıntı azdır. Amma rayonlarda yağıntı çox olduğu üçün sürüşmə ehtimalı var".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2400 Tarix: 18 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Qaynarinfo xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbayca
10 sentyabr700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər (VİDEO)
Avtomobilini satmaq istəyən şəxs dələduzluğun qurbanı olub. Paytaxt sakini Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini 10 min manata satışa çıxardıqdan sonra alıcı beh adı ilə onu aldadıb. Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini Zaur Baxşəliyev və Ayaz Məmmədov vasitəsi ilə Sənan İsayevə satıb. Şikayətç
11 sentyabrBakı yenidən qlobal iqlim gündəminin mərkəzində
İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları
10 sentyabrPensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna mali
10 sentyabr