Tağı Əhmədov dəfn olundu
"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov dəfn olunub.
Sonxeber.az report-a istinadən xəbər verir ki, mərhum Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində T.Əhmədovun qohumları, keçmiş iş yoldaşları, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Tağı Əhmədov uzun sürən xəstəlikdən sonra oktybarın 18-də vəfat edib.
T.Əhmədov 1948-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub, 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
T.Əhmədov 1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi, 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb, 2014-2022-ci illərdə hakim Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədr müavini, daha sonra sədri olub.
O, "Fəxri Dəmiryolçu", "Bakı metropoliteni veteranı" döş nişanları, "Şöhrət ordeni" və "Əməkdar mühəndis" fəxri adı və nişanı, ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub.
11:29
"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovla vida mərasimi keçirilib.
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, mərasim T.Əhmədovun Novxanıdakı evində baş tutub.
Mərasimdə mərhumun yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi dəfn üçün Əhmədli qəbiristanlığın aparılır.
10:14
"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovla vida mərasimi Novxanıdakı bağ evində keçiriləcək.
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, mərhum saat 12:00-da Əhmədli qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Tağı Əhmədov oktyabrın 18-i axşam saatlarında vəfat edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Qədim Şuşada gözəllik yaradılır
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?