"TK Travel" şirkətinin rəhbəri aldadaraq 15 800 manatımı alıb" – Şikayət
Bakı sakini Nəzrin Qəmbərova "TK Travel" şirkətinin rəhbəri tərəfindən dələduzluq əməli ilə üzləşdiyini iddia edir.
"Qafqazinfo"ya müraciət edən N.Qəmbərova şirkətə rəhbərlik edən Könül Ramazanovanın onu aldadaraq xeyli miqdarda pulunu ələ keçirdiyini deyir.
Onun sözlərinə görə, əvvəldən tanıdığı Könüllə birgə turizm işi ilə məşğul olublar: "Mən müştərilər tapıb hazırda Londonda yaşayan Könülə istiqamətləndirirdim və onun vasitəsilə həmin şəxslərə biletlər alırdıq. Buna görə aramızda borc məsələsi var idi. O, 2022-ci ilin iyul ayında mənim telefonumun bağlı olmasından narahatlıq keçirərək polisə müraciət etdi. Mən ona borcumun olduğunu etiraf etdim və vaxt istədim. Həmin ərəfədə valideynlərim ona olan borcumu ödədi və ona heç bir borcum qalmadı".
Şikayətçi qeyd edib ki, borcunun ödənməsinə baxmayaraq, Könül onun sifariş etdiyi biletləri ləğv etdirib və əvəzinə saxta biletlər təqdim edib: "Həmin vaxt məndən biletlərin alınması üçün 15 800 manat pul almışdı. Məlum oldu ki, o, biletləri ləğv etdirib, mənə verdikləri də istifadəsi mümkünsüz biletlər idi. Buna görə mənə 15 800 manat ziyan dəydi və vətəndaşların verdiyi pulları məcburi özüm ödəməli oldum".
N.Qəmbərova əlavə edib ki, artıq faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə iş başlanılıb. Onunla yanaşı, Fatimə Salamova adlı qadın da Könül barəsində polisə şikayət edib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanıldığı təsdiqlənib. Hazırda istintaq araşdırması davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1244 Tarix: 19 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabr