Minatəmizləmə maşınlarının operativ nəqliyyat vasitələri hesab edilməsi I oxunuşda qəbul olunub
Milli Məclis minatəmizləmə əməliyyatlarında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ nəqliyyat vasitələri hesab edilməsini birinci oxunuşda təsdiqləyib.
Sonxeber.az xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanun təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihədə qeyd olunub ki, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.
Məlumat üçün bildirək ki, hazırda yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycanın ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən avtomobillər operativ nəqliyyat vasitələri siyahısında yer alıb.
Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 905 Tarix: 22 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu atları saxlayanlara 1000 manat veriləcək
"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"
10 sentyabrDİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Qaynarinfo xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbayca
10 sentyabrŞəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
11 sentyabrŞuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!
Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında
10 sentyabrLeysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı
11 sentyabr