Yağan yağış nəticəsində baş verən bədbəxt hadisələrə görə kimlər həbs olunmalıdır? - AÇIQLAMA

Yağan yağış nəticəsində baş verən bədbəxt hadisələrə görə kimlər həbs olunmalıdır? - AÇIQLAMAPaytaxt ərazisində dünən və bu gün yağan yağış bir çox fəlakətlərə yol açıb. Əmlaka dəyən zərələrdən əlavə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 2nəfərin cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bəs, belə halın yaşanmasının səbəbkarları kimdir? Bununla bağlı kimlər həbs olunmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a hüquqşünas Əsabəli Mustafayev danışıb.

O, açıqlamasında qeyd edib ki, belə fəlakətlər nəticəsində zərərçəkmiş hər kəsə mütəxəsis rəyi əldə olunduqdan sonra məhkəməyə müraciət edə bilər:

"Təbii fəlakətlər baş verdikdə dövlət onun müəyyən hissəsinin konpensasiya olunması üçün əhaliyə yardım göstərir. Bunun üçün hökumət tərəfindən xüsusi fond yaradılır, orada zərərçəkmiş şəxslərə ya tam ya da müəyyən qədər zərərini qarşılayır. Bəzən bu fəlakətlər nəticəsində insalar xəsarət alır, hətta həlak olurlar. Bu zaman insanların səhhətinə zərər vuran, ölümünə səbəb olan nədir?! Ola bilsin ki, burada dövlət qurumlarının günahı var, amma olmaya da bilər. Məsələn, kimisə meşədə ildırım vurur, ya da sel gəlir çayın kənarında olan adamı aparır. Belə hallarda aydın məsələdir ki, dövlət qurumları heçnə edə bilməz. Ancaq əvvəlcədən tədbirlərin görülməməsi nəticəsində və ya kommunal təsərüfatının düzgün qurulmaması nəticəsində insanlara xəsarət ala bilir. Bu halda əlbəttə ki, müvafiq vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Yollarda olan kanalizasiya quyuları düzgün istismar olunmur, yararsızdır, uzun müddət onların boruları dəyişilmir və ya qəza vəziyyətinədir. Bu zaman yağış yağdıqda həmin ərazilərə güclü su dolur. Həmin gölməçələr daha da böyüyərək insanların əmlakını, avtomaşınlarını vəs. sıradan çıxardır. Bu zaman müvafiq dövlət qurumları məsuliyyat daşıyır. Belə hallarda məhkəmələrə şikayət verib konpensasiyaları tələb etmək mümkündür. Digər çətinlik var ki, bunun üçün ekspertiza aparılmalıdır, çünki mütəxəsis rəyi lazımdır. Onlar təsdiq etsin ki, kanalizasiya xətləri istismara yararsız idi və bu səbəbdən işləməyib. Nəticədə əmlak və insan itkisi baş verib. Burada çətinlik ondan ibarətdir ki, bizdə müstəqil ekspertiza idarələri demək olar ki, yoxdur. Müstəqil ekspertizadan da rəy almaq demək olar ki, mümkün olmayacaq. Adətən təbii fəlakətlərdən sonra müraciətlər olunarsa, bu zaman daha çox rəy verən FHN-dir. Təbii fəlakətlər baş verdiyi zaman daha az zərərlə qarşılaşmaq üçün müəyyən addımlar atan da elə FHN-dir.
Məhkəmədə iddia qaldırmaq asantdır, amma udmaq çətin ola bilər. Çünki ekspertiza rəyi bir çox hallarda iddiyaçının zərərinə olur. Bu problmlər barədə kütləvi informasiya vasitələrində çağırışlar edilməlidir ki, insanlar məhkəmələrdə öz hüuqlarını tələb edə bilsinlər. Əgər vəzifəli şəxslər nöqsanlara yol veribsə onların məsuliyyətə cəlb olunması üçün cəhdlər etsinlər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3931   Tarix: 22 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr