İcra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün Azərbaycandan QAÇIB

İcra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün Azərbaycandan QAÇIBBakı Ağır Cinayətlər Məhkəməsində "Uniklinika"nın baş həkimi Aruz Əliyevlə Etiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Musavat.com-un xəbərinə görə, hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

İş üzrə Zərdab və Mingəçevirin 14 il boyunca icra başçısı olmuş Lütvəli Babayevin oğlu Babəli Babazadənin adı zərərçəkən olaraq keçir. Babaəli Babazadə vergidən 1 milyon manat yayınmaqda suçlanır, hətta buna görə ölkədən qaçdığı iddiası da var.

Müttəhimlər 2 milyon manatlıq dələduzluqda ittiham olunurlar. Cinayət işinin materiallarına görə, Babaəli Babazadənin tikinti şirkətinin 1 milyon manatlıq vergi borcuna görə ona məktub gəlib. Həkim-cərrah olan dostu Aruz Əliyev ona ölkədən getməsini məsləhət görüb. Babaəli Babazadə Türkiyəyə qaçıb və Azərbaycandakı işlərinin yönəldilməsindən ötrü Aruz Əliyevə baş etibarnamə verib. Türkiyədə olduğu müddətdə onun bir evi və bir obyekti satılıb. İttihama görə, 2 milyon manatı təqsirləndirilən Aruz Əliyev və Etiram Kərimov mənimsəyib.

Təqsirləndirilən şəxslər bu ittihamı qəbul etmir, Babaəli Babazadənin onları şərlədiyini deyirlər.

Bildirirlər ki, əmlakları sabiq icra başçısının oğlunun istəyi ilə satıb, pulu da özünə göndəriblər. Orada xərcləyib, indi atasının qorxusundan yalan danışır. Bu cinayət işi üzrə Babaəli Babazadə zərərçəkmiş, atası da şahid kimi dindirilib. Prosesdə müttəhimlərin vəkilləri müvəkkilləri barəsində qəti imkan tədbrinin dəyişdirilməsini istəyiblər. Aruz Əliyevin vəkili deyib ki, müvəkkili baş həkimdir, onun iş yeri bəllidir.

Çağırış göndərilmədən birbaşa axtarış elan olunub. Vəkilin fikrincə, məqsəd də istintaqdan yayınma görüntüsü yaradıb həbs qərarı çıxarılması olub:

"Dəvət olunmayan, iş yeri bəlli, daimi yaşayış yeri olan adam haqqında niyə birdən-birə həbs-qətimkan tədbiri seçilsin? Onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur".

Etiram Kərimovun vəkili məhkəməyə fotolar təqdim edərək onların sübut kimi qəbul olunmasını istəyib:

"Guya dindirməyə apararkən idarədə ayaqyolunun qarşısından qaçmaq istəyib. Bu, mümkün deyil. Oranın şəkillərini çəkmişik. Bu şəkilləri vəsatətimizə qoşma olaraq təqdim etmək istəyirik".

Vəkillər ittihamın bütövlükdə qurama olduğunu vurğulayıblar. Onlar bir sıra şəxslərin məhkəmədə əlavə şahid kimi dindirilməsini də istəyiblər.

"Heç bir sübut-dəlil olmadan bizə cinayət işi açıblar. Guya biz bu pulları mənimsəmişik. Əslində isə biz o pulları görməmişik. Qondarma ittihamla bizi bir ildir girov saxlayırlar", - təqsirləndirilən Etiram Kərimovun sözləridir.

Vəsatətlər təmin edilməyib. Əlavə şahidlərin dindirilməsi məsələsi də baxılmamış saxlanılıb.

Aruz Əliyev və Etiram Kərimova ittiham verilən maddədə 14 ilədək həbs cəzası nəzərdə tutulub. Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı vəzifəsində çalışıb. Onun oğlu Azərbaycanda "BLB" MMC-nin rəhbəri olub. 2021-ci ildə Moskvada "Liqa-Stroy" MMC-ni təsis edib. Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkətsə "Top Point" MMC-dir. Bu şirkət 2014-cü ildə Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayevanın adına təsis olunub.

Proses oktyabrın 31-də davam etdiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1745   Tarix: 23 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr