Bayram günlərində metro necə işləyəcək?
Noyabrın 8-9-u ölkəmizdə Zəfər və Bayraq günləri ilə əlaqədar qeyri-iş günləri hesab olunduğundan Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.
"Qafqazinfo" xəbər verir ki, bu sözləri səhmdar cəmiyyətinin rəis müavini Hidayət Məmmədov bayram və COP29 günlərində metronun fəaliyyətinə dair brifinqdə deyib.
O bildirib ki, noyabrın 10-u bazar günü olsa da, qatarların hərəkət qrafiki bayram günlərində olduğu kimi təmin ediləcək: "Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin "Həzi Aslanov-28 May" sahəsində qatarların hərəkəti saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.
Bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkili ilə əlaqədar metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tez dəyişməsi mümkün olduğundan, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq. Stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq. Ehtiyat qatarlar zəruri hallarda xətlərə buraxılmağa hazır saxlanılacaq.
Bu 3 gün ərzində "Bakmil" stansiyasına qatarların hərəkəti şənbə günü cədvəlinə uyğun tənzimlənəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1109 Tarix: 06 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda ögey atasından şiddət görən uşaq sığınacağa yerləşdirildi
Bakıda evdən qaçıb parkda gecələyən azyaşlı sığınacağa yerləşdirilib. xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova paylaşım edib. Onun sözlərinə görə, uşaq ögey atasından şiddət gördüyü üçün evdən qaçıb. "Uşağın atası həbs olunduqda
26 noyabrEyni ərazidə torpaqların qiyməti niyə kəskin fərqlənir? - Ekspertdən AÇIQLAMA
Daşınmaz əmlak bazarında eyni ərazidə yerləşən torpaq sahələrinin qiymətləri arasında ciddi fərqlər müşahidə olunur. Bəzən bir-birinə yaxın məsafədə yerləşən, hətta sahəsi eyni olan torpaqlar fərqli qiymətlərlə satışa çıxarılır. Bu fərqə torpağın təyinatı, sənədlərinin qaydasında olması, kommunikasiy
26 noyabrSabah da yağış yağacaq
Noyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
25 noyabrİnsanlar süni intellektə bağlanır, canlı ünsiyyətdən uzaqlaşır? - XƏBƏRDARLIQ
Süni intellekt texnologiyalarının gündəlik həyatda geniş yayılması insanların ünsiyyət vərdişlərinə də təsir göstərir. Bəzi insanlar şəxsi problemlərini bölüşmək, məsləhət almaq və emosional dəstək görmək üçün real insanlarla söhbət etmək əvəzinə süni intellekt çatbotlarına müraciət edirlər. Bu texnologiyala
25 noyabrİş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu
Bakıda iş yoldaşının zinət əşyasını oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisindəki evdə baş verib. Qəbələ rayon Vəndam qəsəbə sakini 28 yaşlı Cavad Xəlilov gecə iş yoldaşı Xəqaninin evində qalıb. O, səhər evi tər
25 noyabr