İstedad var, cəsarət yoxdur: İnsanlar niyə öz potensialını reallaşdıra bilmir? - PSİXOLOQDAN AÇIQLAMA

İstedad var, cəsarət yoxdur: İnsanlar niyə öz potensialını reallaşdıra bilmir? - PSİXOLOQDAN AÇIQLAMACəmiyyətdə elə insanlar var ki, kifayət qədər istedada, biliyə və bacarığa malik olsalar da, öz potensiallarını ortaya qoymağa cəsarət etmirlər. Onlar bəzən özlərinə "Məndən bu iş alınmaz", "Məni kim tanıyır ki, aparıcı şirkətlər məni işə dəvət etsin?", "Görəsən, müraciət etsəm, məni qəbul edərlərmi?" kimi suallar verərək qarşılarına görünməz maneələr qoyurlar. Maraqlısı isə budur ki, ətrafındakı insanlar onların istedadını görür, bacarıqlarını yüksək qiymətləndirir, hətta daha böyük uğurlara imza ata biləcəklərini düşünürlər. Lakin bütün bunlara baxmayaraq, həmin şəxslər özləri irəliyə doğru ilk addımı atmaqdan çəkinirlər. Nəticədə, sahib olduqları potensialı reallaşdırmaq əvəzinə, fürsətlərin öz-özünə qarşılarına çıxmasını gözləyirlər.

Halbuki bəzən insanın qarşısındakı ən böyük maneə istedadının azlığı deyil, özünə olan inamsızlığıdır. Bəs insanı bacarıqlı olduğu halda belə hərəkətə keçməkdən saxlayan nədir? Özünə inamsızlığın psixoloji səbəbləri hansılardır və insan bu düşüncə tərzindən necə xilas olaraq potensialını reallaşdıra bilər?
İstedad var, cəsarət yoxdur: İnsanlar niyə öz potensialını reallaşdıra bilmir? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, bu ən geniş yayılmış bir vəziyyətdir. Onun sözlərinə görə, hər insanın gizli, ya aşkar potensialı var: "Amma bacarıqdan əlavə əsas məsələ odur ki, insan öz bacarığını nümayiş etdirməyə psixoloji olaraq maneə yarandığı üçün inkişaf edə bilmir. Psixoloji səbəblərsən biri- uşaqlıqdan formalaşan dəyərsizlik hissinin formalaşması ola bilər. Uşaqlıqda daim tənqid olunubsa, başqaları ilə müqayisə edilibsə, uğurları kifayət qədər qiymətləndirilməyibsə özünəinamı yoxdur və özünü kifayət qədər yaxşı hesab etmir. Digər səbəb uğursuzluq qorxusu ola bilər. Uğursuzluğu şəxsi dəyərinin ölçüsü kimi qəbul edəndə qorxu yaranır. Tənqid və ya mühakimə qorxusu səbəbindən ola bilər. Beləcə bir çox səbəblər misal gətirmək olar.

Hər insanın ayrı - ayrılıqda özünəməxsus səbəbləri vardır. Hər zaman insanın ən böyük problemi nəyisə bacarmaması deyil, bacardığını göstərməyə özünə icazə verməməsidir. Bəzən insanın ən böyük problemi bacarmaması deyil, bacardığını göstərməyə özünə icazə verməməsidir. İstedad potensialdır, amma potensialın reallaşması üçün insanın özünü təhlükəsiz hiss etməsi, səhv etmək hüququnu qəbul etməsi və öz dəyərini başqalarının qiymətləndirməsindən asılı etməməsi vacibdir. Bir nüans da var ki, özgüvən əvvəlcə formalaşmır. İnsan hərəkət etməyə başlayaraq, təcrübə toplayaraq özgüvən formalaşır. Bəzi insanlar isə istedadını ortaya qoyduğu halda uğurdan çox, uğurun gətirdiyi məsuliyyətdən qorxur".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 239   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 29 yaşlı oğlan küçədə öldü

Bakıda gənc oğlan küçədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 23-ü saat 12 radələrində Nəsimi rayonu Topçubaşov küçəsində baş verib. Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü F.Nurəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti səkidə tapılıb. Faktla bağlı araşdırmala

24 noyabr
.

DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, əsgər Rəhman Kərimov vəfat edib. xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Bildirilib ki, hərbi qulluqçu uzun sürən ağır xəstəlikdən müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib

24 noyabr
.

Aqşin Fatehin daha bir restoranı bağlandı - Foto/Video

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus "By Fateh Gənclik" restoranında plandankənar nəzarət tədbiri aparılıb. xəbər verir ki, bu barədə AQT

23 noyabr
.

Top ardınca qaçan uşağı maşın vurub öldürdü - Video

Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, DİN-in Baş DYP İdarəsi hadisə anının görüntülərini paylaşıb. Bildirilib ki, hadisə noyabrın 22-si saat 13:00 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış zonalarının birində qeydə alınıb. 10 yaşlı qı

24 noyabr
.

Xəzər sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - AÇIQLAMA

Xəzər dənizinin sahilboyu ərazilərində aparılan monitorinqlər zamanı çoxsaylı qanunsuz tikililər aşkarlanıb. Aidiyyəti qurumların açıqlamalarına görə, bu obyektlərin hamısının sökülməsi nəzərdə tutulmur. Tikililərin gələcək taleyi onların hüquqi statusu, torpaq sahəsinin təyinatı və qanunvericiliyə ediləcə

25 noyabr
.

AZAL "Sərfəli Cümə" kampaniyası elan edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Sərfəli Cümə" kampaniyasını elan edir. xəbər verir ki, 25-30 noyabr 2026-cı il tarixlərində sərnişinlər seçilmiş beynəlxalq istiqamətlər üzrə ekonom və biznes siniflərində aviabiletləri 25%-dək endirimlə əldə edə biləcəklər. Həmçinin "AZA

25 noyabr
.

Sabah bütün sosial ödənişlərin verilməsi yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının noyabrın 25-də ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 noyabr
.

Xaricdə geniş yayılan erkən rezervasiya təcrübəsi Azərbaycanda da tətbiq oluna bilərmi? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir çox ölkəsində turistlər yay tətilini son ana saxlamadan aylar öncədən planlaşdırır, hətta qış aylarından etibarən yay mövsümü üçün tur paketləri alırlar. Bu üsul həm istirahət tarixini əvvəlcədən müəyyənləşdirməyə, həm də daha münasib qiymətlərlə hotel, aviabilet və digər xidmətlərdən yararlanmağ

25 noyabr
.

"Barselona" ilə oyuna görə metroda iş saatı uzadılacaq

Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni"

24 noyabr
.

Son xəbərlər

vipemlak.az