5 uşaq atası "İlin maşinisti" seçildi - Fotolar
Bakı metropolitenində "İlin maşinisti" müsabiqəsinin növbəti qalibi məlum olub.
"Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni" QSC-də hər il metropolitençilərin peşə bayramı ərəfəsində keçirilən seçimdə bu dəfə fərqlənən əməkdaş hərəkət qatarlarının istismarı üzrə iş departamentinin 3-cü dərəcəli qatar sürücüsü Anar Həsənovdur.
23 ildir metropolitendə çalışan A.Həsənov 2007-ci ildən elektrik qatarlarının maşinisti vəzifəsini icra edir. 5 uşaq atası olan maşinist peşəsinin çətin, məsuliyyətli və şərəfli olduğunu bildirib:
"Bu sənət çətin olmaqla yanaşı, çox maraqlı və şərəfli peşədir. Dəmir yollarda dəmir intizam prinsipini rəhbər tutaraq işimi sevə-sevə və məsuliyyətlə davam etdirməyi həmişə üstün bilmişəm. Biz maşinistlər sərnişindaşımanın nə qədər məsuliyyətli olduğunu dərk edirik. İnsan həyatı, təhlükəsizlik hər şeydən önəmlidir. Qatarı idarə edərkən bütün sərnişinlərin fikirlərinin və davranış qaydalarının eyni olmadığını nəzərə alsaq, işin nə qədər ağır olduğunu təxmin etmək çətin deyil".



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1104 Tarix: 06 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabr