Uşaq evində yayılan xəstəliklərlə bağlı kim məsuliyyət daşıyır? - AÇIQLAMA
Ötən gün yayılan xəbərlərə əsasən 3 saylı Uşaq Evində qotur xəstəliyi yayılıb. Uşaq evində sanitar-gigiyena xəstəliyinin yaxşılaşdırılması üçün vaxtı-vaxtında tədbirlər görülürmü? Əgər görülürsə, o zaman uşaqlarda xəstəlik necə yaranıb. Yox, əgər əksidirsə, bu məsələdə əsas məsuliyyəti kim daşıyır?
Mövzu ilə bağlı Sonxeber.az-a Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Sarvar Abdullayev danışıb.
O, açıqlamada qeyd edib ki, həmin xəstəlik ailələrin müraciətinə əsasən evlərinə göndərilən uşaqlar vasitəsilə müəssisə sakinlərinə kənardan keçdiyi ehtimal edilir:
"Bu ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin hüquqi idarəetməsinə verilən Uşaq evi sosial xidmət müəssisələrində müasir standartlara uyğun sosial xidmətin təşkili istiqamətində işlər həyata keçirilir.
Sözügedən, 3 saylı Uşaq Evində qoturluqla bağlı ilkin şübhə meydana çıxan andan aidiyyatı tibb müəssisəsinə müraciət edilib, həmin 5 uşaq stasionar müalicəyə cəlb ediliblər. Müalicə prosesinin ardınca onlar laborator testin nəticəsinə əsasən sağalma ilə müəssisəyə qaytarılıblar. Qoturluq diaqnozu qoyulan andan etibarən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən müəssisədə tam dezinfeksiya tədbirləri həyata keçirilib. Sözügedən yoluxmanın ailələrin müraciətinə əsasən evlərinə göndərilən uşaqlar vasitəsilə müəssisə sakinlərinə kənardan keçdiyi ehtimal edilir.
Digər məssisələrimizdə olduğu kimi, Uşaq evi sosial xidmət müəssisələrimizdə də sakinlərin sağlamlığı daim diqqətdə saxlanır və aidiyyatı səhiyyə qurumları ilə əməkdaşlıq edilir. Uşaq evlərində tibbi heyət tərəfindən gündəlik tibbi baxışlar təşkil olunur, hər səhər uşaqların hərarəti ölçülür, bütün bədən səthinə baxış keçirillir. Ümumi narahatlıq və şübhə doğuran hallar aşkar olunarsa uşaq dərhal karantinə götürülür və müvafiq tibbi xidmətlərə cəlb olunur. Eləcə də uşaqlar dövri olaraq icbari dispanserizasiyadan keçirilirlər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Qədim Şuşada gözəllik yaradılır
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?