"Şuşa döyüşlərində hərbiçilərimiz heç bir ağır hərbi texnikadan istifadə etmədən möhtəşəm zəfərə imza atdılar" - Emil Əkbərova
"Şuşa döyüşlərində yeni nəsil silahlarla təchiz edilmiş Müzəffər Azərbaycan Ordususunun əsgər və zabitləri qəhrəmanlıq dastanı yazdı".
Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.
Emil Əkbərov qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Müzəffər Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində işğal altındakı torpaqlarını geri aldı və birdəfəlik olaraq erməni təcavüzünə son qoydu:
"4 il əvvəl Azərbaycan ordusu düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxararaq şanlı tarix yazdı. Xalqımızın illərdir gözlədiyi bu möhtəşəm qələbəni Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı Sərəncamla əbədiləşdirdi və noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı".
Emil Əkbərov vurğulayıb ki, 44 günlük Vətən müharibəsinin ən uğurlu əməliyyatlarından biri də məhz Şuşa döyüşləridir:
"44 günlük müharibəsinin ən ağır döyüşləri Şuşa uğrunda idi. Çünki Şuşa döyüşlərində hərbiçilərimiz heç bir ağır hərbi texnikadan istifadə etmədən möhtəşəm zəfərə imza atdılar. Qəhrəman və vətənpərvər oğullarımız qalın meşələri, qayaları, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv edərək Şuşanı düşməndən təmizlədi. Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin döyüşlərində göstərdiyi şücaət Azərbaycan tarixinə qəhrəmanlıq səlnaməsi kimi həkk olunub. Bu gün əldə etdiyimiz bütün zəfərlərimizi Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuza, şəhid və qazilərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa versin".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Qədim Şuşada gözəllik yaradılır
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?