"9 noyabr – Dövlət Bayrağı Günü hər bir Azərbaycan vətəndaş üçün milli birliyi və qüruru təcəssüm etdirən bir tarixdir" - DEPUTAT

"9 noyabr – Dövlət Bayrağı Günü hər bir Azərbaycan vətəndaş üçün milli birliyi və qüruru təcəssüm etdirən bir tarixdir" - DEPUTAT9 Noyabr - Dövlət Bayrağı Gününün əhəmiyyəti Azərbaycan xalqı üçün böyük milli-mənəvi dəyərə malikdir. Bu bayram Azərbaycanın suverenliyini, birliyini və milli qürurunu simvolizə edir. Dövlət Bayrağı Günü ilk dəfə 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis olunub. Bu tarixin seçilməsi isə 1918-ci ilin 9 noyabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayrağın rəsmi dövlət bayrağı kimi qəbul olunması ilə bağlıdır. Azərbaycan bayrağı xalqın tarixini, mədəniyyətini və dövlətçiliyini əks etdirir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputat Mahir Süleymanlı bildirib

Deputat qeyd edib ki, Dövlət Bayrağı Günü millətin birliyini və həmrəyliyini təcəssüm etdirir:

"Bu gün hər bir vətəndaş milli qürurunu və dövlətçilik dəyərlərini bir daha yada salır. Bu, xüsusilə gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edir. Bayraq, həmçinin azadlıq uğrunda mübarizələrdə şəhid olanların xatirəsini simvolizə edir. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 9 Noyabr – Dövlət Bayrağı Günü xüsusi olaraq anılır.

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı müxtəlif çıxışlarında dövlət bayrağının əhəmiyyətini və mənəvi
dəyərini vurğulayıb. Dövlət başçısı qeyd edib: "Dövlət bayrağımız Azərbaycanın azadlığının, müstəqilliyinin və suverenliyinin simvoludur. Bu bayraq altında xalqımız ən ağır sınaqlardan üzüağ çıxmış, dövlətçiliyini və milli qürurunu qorumuşdur. Bizim üçrəngli bayrağımız hər bir azərbaycanlının ürəyində özünəməxsus yer tutur və onun yüksəldilməsi bizim ümummilli amalımızdır".

Cənab İlham Əliyev bayrağın daim uca tutulması və gələcək nəsillərə bu dəyərlərin ötürülməsinin vacibliyini qeyd edib.
Həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar bu günü böyük coşqu ilə qeyd edərək öz dövlətlərinə və milli mənsubiyyətlərinə bağlılıqlarını nümayiş etdirirlər. Bu günün qeyd olunması hər bir azərbaycanlının milli şüurunun güclənməsinə xidmət edir. Beləliklə, 9 noyabr – Dövlət Bayrağı Günü Azərbaycanın keçmişini, bu gününü və gələcəyini əks etdirən, hər bir vətəndaş üçün milli birliyi və qüruru təcəssüm etdirən bir tarixdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 834   Tarix: 08 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr