Qatar biletləri bahalaşıb? - ADY-dən ucuz bilet almağın yolları
Artıq ADY ilə ölkədaxili marşrutlar üzrə səfər edən vətəndaşlara biletlər standart qiymətlərlə satılmır. Belə ki, əvvəldən bilet alan şəxslər aşağı məbləğdə, səfər gününə yaxın bilet alanlar isə daha çox pul ödəməli olurlar. Bu dəyişikliklərdən isə vətəndaşların xəbəri yoxdur.
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı ADY-dən Milli.Az-a bildirildi ki, dinamik qiymət siyasətinin daxil olduğu loyallıq proqramına bir neçə gündür ki, başlanılıb.
Bu proses noyabr ayının 1-dən start götürüb.
"Bu ilk növbədə sərnişinlərə səfərlərini əvvəlcədən daha rahat təşkil etməyə imkan verir. Həmçinin ADY-yə əlavə qatar reyslərini daha operativ müəyyən etməyə şərait yaradır. Əsasən bayram günlərində, həftəsonu əlavə reyslər təyin olunurdusa, indi tələbatdan asılı olaraq təyin olunur.
Eyni zamanda sərnişinlər daha tez bilet əldə etdikdə onlara daha çox güzəştlər olur. Qiymət isə bayram günləri və həftəsonlarında dəyişə bilər. Amma 2-3 həftə əvvəldən bileti daha ucuz əldə etmək olur".
Qeyd edək ki, ölkə ərazisində ADY dəmir yolu qatarları Abşeron dairəvi dəmir yolu xətti istisna olmaqla Bakı-Agstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətində hərəkət edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1171 Tarix: 09 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabr