"Ağdam şəhərində salınan məhəllələrdə və bir neçə kəndlərində tikinti-inşa işləri uğurla davam etdirilir" - DEPUTAT

"Ağdam şəhərində salınan məhəllələrdə və bir neçə kəndlərində tikinti-inşa işləri uğurla davam etdirilir" - DEPUTAT"Prezident cənab İlham Əliyevin xüsusi diqqəti nəticəsində bu gün Ağdam şəhərində bərpa və quruculuq işləri yüksək səviyyədə həyata keçirilir".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, tarixi etimologiyamıza nəzər salsaq görərik ki, "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir:

"Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək məqsədilə əsasən kiçik qalalar inşa edirdilər. "Ağdam" sözünün tarixi XVIII əsrin birinci yarısında yaşamış Qarabağlı Pənahəli xanla bağlıdır. Belə ki, Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmmiş və həmin imarət ətraf kəndlərin sakinləri üçün bir mərkəzə çevrilmişdir. Bu mənada "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını verir.

Ümumilikdə isə, Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən isə dağlıqdan ibarətdir. Ağdam rayonu Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Ağdam qədim insanların yaşayış məskənlərindən biridir. Bu ərazidə ilk qədim insanlar təxminən altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə sahib olmuşlar. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur".

Deputat söyləyib ki, Ağdam şəhəri 73 faizi 1993-cü ilin 23 iyul tarixində erməni qəsbkarları ilə aparılan və 42 gün davam edən döyüş nəticəsində işğal olundu:

"Həmin vaxt Ağdamın 882 kvadrat kilometr ərazisi, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş və nəticəsdə 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, rayonu əhalisi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnaməndə "işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması" tələb edilmişdir. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu "hücum qətiyyətlə pislənmiş", "işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir". Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayınmışdır. Bundan başqa, işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir".

Deputat vurğulayıb ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı:

"Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu 2020-ci il noyabrın 26-da təsis edilən "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Bundan başqa, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən edilmişdir.

28 may 2021-ci il tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam şəhəri bərpa olunur. Şəhərin özündə salınan məhəllələrdə və bir neçə kəndlərində tikinti-inşa işləri həyata keçirilir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev əbəs yerə bildirməmişdir ki, "Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın."

Prezident cənab İlham Əliyev 2020-ci ildən bu günə kimi dəfələrlə Ağdam şəhərinə səfərlər etmiş, təməlqoyma mərasimlərində və digər tədbirlərdə iştirak etmiş və bu şəhər və kəndlərdə bir neçə infrastruktur layihələrin reallaşdırılmasına öz tövsiyə və tapşırıqlarını vermişdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 923   Tarix: 19 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr