Dünyanın ən yaxşı universitetləri COP29-da elan edildi - Foto
Noyabrın 18-də COP29 çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan "QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025"in nəticələri elan edilib.
"Qafqazinfo" xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və "QS Quacquarelli Symonds" təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
Elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin fəaliyyətində dayanıqlı inkişafın təşviqi istiqamətində aparılan işləri, dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq fəaliyyətin ölçülməsinin vacibliyini, o cümlədən Azərbaycan ali təhsil müəssisələrinin ötən illərdə "QS dayanıqlılıq reytinqi"ndə nəticələrini və bu sahədə gözləntiləri qeyd edib.
Daha sonra QS-in vitse-prezidenti Ben Sauter "QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025" üzrə əsas statistik göstəriciləri və Azərbaycan ali təhsil müəssisələrinin nəticələri barədə təqdimatla çıxış edib.
Bildirilib ki, ötən il yalnız 2 yerli ali təhsil müəssisəsinin təmsil olunduğu reytinq cədvəlinə bu il ilk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi daxil olub. Azərbaycan sözügedən reytinqdə ilk dəfə TOP 1000-də Bakı Dövlət Universiteti (941-950) ilə təmsil olunur. Azərbaycan Dövlət İqtisad Universiteti 1081-1100-cü yerdə qərarlaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) isə ilk dəfə bu reytinqdə yer alırlar.
Tədbir çərçivəsində sözügedən reytinqə daxil olan ali təhsil müəssisələri QS rəhbərliyi tərəfindən sertifikatla təltif olunub.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1113 Tarix: 19 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr