"Belə şəxslərdən alimentin alınması onun acından ölməsini təmin etmək deməkdir" - SOSİOLOQ
2025-ci ildən bir çox istiqamətlərdə artımlar olacaq. Bəs, alimentin minimum məbləği 300 manata qədər qaldırıla bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az-a Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı danışdı.
O, açıqlamasında qeyd etdi ki, maaşlarda lazımı artımlar olmadğı müddətcə, aliment pulunun artırılması doğru hesab olunmur:
"Artırıla bilməz. Çünki, əhalinin maaşı artırılmayıb, yalnız minimum əməkhaqqı və minimum pensiya artacaq. Bu o deməkdir ki, yalnız minimum alanların maaşında 30-40 manat artım olacaq. Məsələn, 400 manata qədər maaş alanların maaşı 400 manata çatdırılacaq. Eləcə də pensiyalar 280 manata çatdırılacaq. Ölkə əhalisindən işləyənlərin maksimum 10%-i minimum əməkhaqqı alır. Digərlərinin maaşında isə artım olmur. Bundan əlavə sözügedən artım yalnız dövlət sektoruna aiddir, özəl sektora heç bir aidatı yoxdur. Yəni, belə bir artımın olduğu şəraitdə alimentin artırılması mümkünsüzdür. Çünki, əvvəla insanların maaşları aşağıdır və alimenti də verdiyi halda özünü dolandırmaq üçün vəsait qalmır. Belə şəxslərdən alimentin alınması onun acından ölməsini təmin etmək deməkdir. Tutaq ki, 400-500 manat alan şəxsin 235 manatını aldıqda, yerdə qalan pulun məbləği yaşayış minimumundan aşağı olur və bu həmin şəxsi ağır vəziyyətə salır. Bu səbəbdən də alimentin artırılması məcburi-zorakı xarakter ola bilməz, daha yaxşı olar ki, dövlət uşaq pulu ödəsin. Alimentin artırılması üçün vətəndaşlar da normal maaş almalıdır. Məsələn minimal maaşı 1000 manat olan şəxsdən 300 hətta 400 manat aliment pulu alına bilər. Amma 400 manat maaş alan şəxsdən 250-300 manat aliment almaq mümkün deyil".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2702 Tarix: 20 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr