Bu seriala görə İTV-yə - Rəsmi xəbərdarlıq
Audiovizual Şura İTV-nin efirində serialın nümayişi zamanı qeyri-etik sözlərin açıq yayımlanmasına görə kanala xəbərdarlıq edib.
Axşam.az xəbər verir ki, bununla bağlı bu gün Audiovizual Şurasının növbədənkənar onlayn iclasında qərar verilib.
İclas İTV kanalında yayımlanan "Vətəndaş A" serialında personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsi ilə bağlı məsələyə həsr olunub.
Müzakirə zamanı qeyd olunub ki, serialın yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulub.
Müzakirələrin nəticəsi olaraq Audiovizual Şura bir daha bu cür halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə xəbərdarlıq edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hamamdakı kanalizasiya qoxusunu yox etmək üçün məsləhət
Dostuna verdiyi toy hədiyyəsi təəccüb doğurdu - VİDEO
Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir
Su içməyi necə vərdişə çevirmək olar? - 5 tövsiyə
Orqanizmdə xolesterin səviyyəsinin yüksək olduğunu necə bilmək olar? - Üzdə nəzərəçarpan əlamətlər
Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
Azərbaycanlıların olduğu daha bir gəmi vuruldu - Kapitan itkin düşdü
Keçmiş futbolçu saxlanıldı
Bahalı dönər gündəm oldu: Nazirlik yoxlama apardı - VİDEO
Sabah 40 dərəcə isti olacaq
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...
Geniş yayılmış səhv: Smartfonu gecə hara qoymaq olmaz?
Plastik qabda tapıldı, dəyəri 5 milyon dollardır
Azərbaycanlı model xərçəngdən vəfat etdi (VİDEO)