Ofeliya Sənani kimdir? - Qayınatasının qısqandığı gəlin, çarmıxa çəkilən diktor

Ofeliya Sənani kimdir? - Qayınatasının qısqandığı gəlin, çarmıxa çəkilən diktorLent.az "Bioqrafiya" rubrikasında Azərbaycan televiziyasının qocaman diktoru, Xalq artisti, Prezident təqaüdçüsü Ofeliya Sənani barədə məlumat verir.

- Ofeliya Sənani harada və nə zaman anadan olub?

Ofeliya Hacağa qızı Sənani 26 may 1941-ci ildə Bakı şəhərində anadan olub.

- Ofeliya Sənani harada təhsil alıb?

1959-cu ildə hələ 10-cu sinifdə oxuyarkən Respublika Radiosunda təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. 1959-1975-ci illərdə bir sıra radio tamaşalarında baş rolları səsləndirib. Ofeliya Sənani 1975-ci ildə televiziyada diktor kimi fəaliyyətə başlayıb və 1978-ci ildə ali dərəcəli diktor adına layiq görülüb.
Daha sonra ADU-nun (indiki BDU) Filologiya fakültəsinin axşam şöbəsində ali təhsil alıb.

- Ofeliya Sənani filmlərə çəkilib?

Bəli. 200-dən artıq filmin dublayjında iştirak edib. O, 1960-1990-cı illərdə "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanını – "Yeddi oğul istərəm" (1970 - Humay), "Gün keçdi" (1971 – Əsmər), "Tütək səsi" (1978 - İsmət), "Qayınana" (1978 - Sevda) və b. qəhrəmanları səsləndirib.
Bir neçə filmdə rol alıb – "Dağlarda döyüş" (1967), "Sahil bağı" (1967), "O qızı tapın" (1970), "Ulduzlar sönmür" (1971) və s. bədii filmlərində, "Mücrü" (1973), "Bakı bulvarı" və s. televiziya filmlərində çəkilib.

- Ofeliya Sənani hansı mükafatları alıb?

Ofeliya Sənani Azərbaycan efir məkanında diktor məktəbinin aparıcı şəxsiyyətlərindən biri kimi yeni diktor nəslinin yetişməsində böyük rol oynayıb.Kütləvi informasiya vasitələrinin mühüm qollarından biri olan Milli Televiziyanın inkişafındakı xidmətlərinə görə Ofeliya Sənani 1975-ci ildə "Əməkdar artist", 1991-ci ildə isə "Xalq artisti" fəxri adlarına, 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Fərdi təqaüdə layiq görülüb.

- Ofeliya Sənani kiminlə ailəli olub?

O tanınmış aktyor Möhsün Sənaninin oğlu televiziya redaktoru, ssenarist Valid Sənani ilə ailəli olub. İki övlad anası olan Ofeliya Sənaninin hazırda nəvə və nəticələri var.

- Möhsün Sənaninin gəlini Ofeliya Sənani hamıya qısqanması doğrudur?

Bəli. Bu barədə Ofeliya xanım özü belə danışıb:
"Həyat yoldaşım Valid müəllim onun ilk ailəsindən idi. Sonra başqası ilə ailə qurmuşdu və o qadından bir qızı olandan sonra az qala bunları tamam unutmuşdu. Amma mən onun xətrini dünyalar qədər istəmişəm. 1959-60-cı illərdə mən radioda təzə başlamışdım diktorluğa, gəlib oturdu şüşənin o biri üzündə, əllərini astaca dizinə vura-vura diqqətlə məni izlədi. Sən demə, oğlu üçün qız seçirmiş və gələcək gəlininin bütün xarakterini, xasiyyətini öyrənirmiş.

Ürəyimdə deyirdim, bu kişinin işi-gücü yoxdur?! Mənə heç nə demirdi axı. Sonra da oğluna məsləhət gördü ki, bu qızı al. Mənə elə gəlir, Valid özü atasına demişdi, gəl bu qıza bax.
Qayınatam çox qısqanc idi. Həm ailəsinə, həm də elə mənə qarşı. "Dağlarda döyüş" filmində çəkiləndə rəhmətlik Şahmar Ələkbərovla bir yerimiz var, dağdan qaçaraq aşağı enirik, ssenaridə elə idi ki, Fərrux (Şahmar Ələkbərov) mənim əlimdın tuturdu, qaça-qaça gəlirdik. Həm də baxmayın da, dağdan enirik axı, yıxıla bilərəm. Şahmar əlimdən tutmuşdu. Aşağı çatdıq, qayınatam yaxınlaşdı, səsini qaldıraraq: "Saxlayın çəkilişi! Ə, Şahmar, qızın əlindən niyə tutmusan? Get bir də gəl, amma qızın əlindən tutma!". Şahmar dedi: "Ay Möhsün müəllim, sən rejissorsan? Qızın əlindən tutmuşam ki, yıxılmasın!". Belə şeylərə çox diqqət yetirirdi. Gecəyarı mehmanxanadakı nömrəmin qapısını döyürdü. "Ofa, yatmısan?". Mən də ağır yatıram. Cavanlıqda lap ağır yatırdım. Eşitmirdim səsini. Nəsə ayılırdım. "Bir şey lazımdır?" - soruşurdum. "Yox, elə belə, qapını döydüm, görüm yatmısan, ya yox?". Artıq bir qızımız da gəlmişdi dünyaya, amma qayınatam belə idi. "Dağlarda döyüş"ün çəkilişləri Mineralnıye Vodı, Yessentuki tərəflərdə gedirdi, uşağı atasının yanında qoyub getmişdim. Möhsün müəllimin çəkiliş günü oldu-olmadı, mütləq gəlib mənim çəkilişlərimdə iştirak edirdi.
Valid bir söz demirdi, o çox yaxşı adam idi axı. Biz həmişə bir-birimizə inanmışıq".

- Ofeliya Sənani bu evliliyə heç pşman olub?

Yox. O ərini çox sevib.
Mən televiziyaya gələndə Valid artıq öz sözünü demiş bir redaktor idi. İnanın, biz ikimiz də bir-bimizin tayı idik. Mənim 18 yaşım vardı. Gözəl, yaraşıqlı qız idim. Məhəlləmizdən, qohum-qonşudan anama xəbər göndərənlər çox idi. O da deyirdi, qızım hələ uşaqdı. Daha demirdi ki, bu "uşaq qız" artıq könlünü verib. Bir qonşumuz vardı, zərgər idilər. Anası gəldi bizə, əlindəki boxçanı açanda məəttəl qaldıq. Biz o qədər brilyantı, qır-qızılı heç yuxuda da görməmişdik. Elə bil Əlibabanın xəzinəsi idi. Tökdü stolun üstünə… Dedi, bunlar Ofanındı, təki bir kəlmə "hə" desin oğluma. Valid özü mənim üçün bir dünya idi, qızılı nə edəydim?"

- Valid Sənaninin ölümündən sonra Ofeliya xanımın səhhətində problem yaranıb?

Bəli. Səhhətinə görə müalicə alan sənətkar övladlarına vəsiyyət etdiyini də deyib:

"Mən Fəxri xiyaban istəmirəm, mənim yerim Validin yanındadır. Valid Novxanıda dəfn olunub. Kim məni ziyarət etmək istəsə, ora gələr. Mən Validdən ayrı qala bilmərəm. Hələ indi həyatdayam, ayrı qala bilmirəm. O biri dünyada necə ayrı qalım? Birimiz Fəxri xiyabanda, birimiz Novxanıda?! Elə şey olar?! Övladlarıma da vəsiyyətimi etmişəm. Bunu bilirlər. Evimi dəyişdim, Valid yuxuma girdi.

- 83 yaşlı Ofeliya Sənaninin səhhəti indi necədir?

O bir neçə ay öncə infarkt keçirib. "Bu il, nədənsə, özümü xüsusilə pis hiss edirəm. Nə olur-olsun, artıq yaş öz işini görür. Mən lap çoxdan, belə deyək də, stajlı hipertonikəm, təzyiq mənə əziyyət verir, amma bunu əvvəllər heç vaxt ciddi qəbul etmirdim. Üstünə düşmürdüm, indi hiss edirəm, incidir məni. İştaham tamam küsüb. Nəsə, yaxşı olmağa çalışıram" deyə o bildirib.

- Öz fəaliyyətini Ofeliya Sənani necə qiymətlənidirb?

"Bilmirəm niyə, amma ekranda göründüyüm ilk gündən tamaşaçı məni sevdi. Mən də heç vaxt xalturaya yol vermədim. Çünki televiziyanı o qədər sevirdim ki… İşimə çox məsuliyyətlə yanaşırdım. Ümumiyyətlə, heç həyatımda olmadı ki, mən bir sakit oturum, çayımı içim, rahat televizora baxım, sabaha nə bişirəcəyimi fikirləşim? Olmadı heç vaxt… Həmişə "çarmıxa çəkilmişəm". İşlərim həmişə bir-birinə calanıb"- öz qiymətini belə verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2005   Tarix: 21 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021