"Azərbaycan COP29-a uğurla ev sahibliyi edərək tarixi nəticələr əldə etməyə müvəffəq oldu" - Emil Əkbərov

"Azərbaycan COP29-a uğurla ev sahibliyi edərək tarixi nəticələr əldə etməyə müvəffəq oldu" - Emil ƏkbərovAzərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi ölkəmizin gücünü və beynəlxalq aləmdə artan nüfuzunu bir daha sübut etdi".

Bunu Sonxeber.az-a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, Bakıda keçirilən COP29-u iqlim diplomatiyasının dönüş nöqtəsi kimi də dəyərləndirmək olar.

"Beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə Azərbaycan COP29-a ev sahibliyi etdi. COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi üçün qısa müddət ərzində lazımi bütün hazırlıqlar yüksək səviyyədə həyata keçirildi. Bu gün qürurla Bakı COP29 tədbirin ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdüyünü söyləyə bilərik.

"Azərbaycan COP29-a uğurla ev sahibliyi edərək tarixi nəticələr əldə etməyə müvəffəq oldu" - Emil Əkbərov80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunduğunu və ölkəmizin üzərinə götürdüyü bu ağır, məsuliyyətli öhdəliyi layiqincə yerinə yetirdiyini bütün qonaqlar da təsdiqlədi".

Emil Əkbərov söyləyib ki, Azərbaycan COP29-a uğurla ev sahibliyi edərək tarixi nəticələr əldə etməyə müvəffəq oldu:

""Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün lazım olan bütün imkanları və şəraiti yaratdı. Biz bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik. Çünki bu gün o dövlətlərin hər biri iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və orada yaşayan vətəndaşlar ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dayanıqlı körpülərin qurulması üçün səylərini əsirgəmədi. Tədbirin keçirildiyi müddətdə Azərbaycan bu istiqamətdəki nailiyyətlərinə bütün dünya şahid oldu. Hətta Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi.

"Azərbaycan COP29-a uğurla ev sahibliyi edərək tarixi nəticələr əldə etməyə müvəffəq oldu" - Emil ƏkbərovCOP29 Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəfləri bir araya gətirdi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi".

Emil Əkbərov vurğulayıb ki, Azərbaycan COP29-da dünya diplomatiya tarixinə öz adını qızıl hərflərlə həkk etdirdi:

"Ancaq buna nail olmaq dünyanın inkişaf etmiş ölkələrindən - ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır. Təəssüf ki, COP29-un keçirildiyi müddətdə ölkəmizə qarşı başladılan qarayaxma kampaniyası davam etdirildi. Amma bütün bunlara baxmayaraq cənab prezident İlham Əliyevin müdrik siyasəti və uğurlu diplomatiyası sayəsində Azərbaycan COP29-a uğurla ev sahibliyi edərək ölkəmizi ləkələməyə çalışan qüvvələrə yaxşı dərs keçmiş olduq"
"Azərbaycan COP29-a uğurla ev sahibliyi edərək tarixi nəticələr əldə etməyə müvəffəq oldu" - Emil Əkbərov"Azərbaycan COP29-a uğurla ev sahibliyi edərək tarixi nəticələr əldə etməyə müvəffəq oldu" - Emil Əkbərov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1017   Tarix: 26 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr