"Azərbaycan COP29-çərçivəsində ölkələrin iqlim siyasətinin formalaşmasına mühüm töhfələr verdi" - DEPUTAT
"Azərbaycan çox qısa müddətlik hazırlıq prosesindən sonra COP29-a yüksək səviyyədə ev sahibliyi etməyi bacardı. Bu ölkəmizin qlobal əhəmiyyətli tədbirləri təşkil etmək potensialının göstəricisi olmaqla yanaşı, Azərbaycanın liderlik qabiliyyətinin və beynəlxalq nüfuzunun nümayişi idi".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, forum müddətində qlobal iqlim dəyişikliyi ilə mübarizə, karbon emisssiyasının azaldılması, yaşıl enerjiyə keçidin təşviqi, inkişaf etmiş ölkələrlə inkişaf etməkdə ölkələr arasında iqlim maliyyəsi və dəstəklə bağlı müzakirələrdə əhəmiyyətli razılaşmalar əldə olundu:
"Bu mənada, Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması xüsusi qeyd edilməlidir. COP29 çərçivəsində qəbul olunan ən vacib qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1.3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəliklərin razılaşdırılması oldu. Bakı Maliyyə Məqsədi COP28-də qəbul edilmiş 100 milyardlıq həddi artıraraq inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunması hədəflərini müəyyənləşdirdi. Bununla yanaşı digər vacib qərarlardan biri Paris sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bununla bağlı razılığın əldə olunması əsas prioritet məsələlərdən biri idi. Azərbaycan COP29-çərçivəsində planetimizin gələcəyini narahat edən problemləri qloballaşdırdı və ölkələrin iqlim siyasətinin formalaşmasına mühüm töhfələr verdi".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1176 Tarix: 27 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabr