"COP29 ölkəmizin iqtisadiyyatı, turizm sektorunun inkişafı və tanıdılması baxımdan əvəzedilməz platforma oldu" - DEPUTAT

"COP29 ölkəmizin iqtisadiyyatı, turizm sektorunun inkişafı və tanıdılması baxımdan əvəzedilməz platforma oldu" - DEPUTAT"COP29 Azərbaycana ev sahibliyi etibar olunan BMT tədbiridir. Dünya ictimaiyyətinin yekdil səsi ilə Azərbaycan bu tədbirə çox uğurla ev sahibliyi etdi".

Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın tədbirə ev sahibliyinə qısa zaman kəsiyində hazır olmasını və dünya birliyinin ölkəmizə gələcəyini görən Qərb düşərgəsinin anti-Azərbaycan dairələri narahat olmağa başladılar. Ona görə də COP29 ərəfəsində ölkəmizə qarşı qarayaxma və qərəzli kampaniyaların şahidi olduq. Hətta COP29-un boykot olunmasına çağırışlar da səsləndirildi. Amma Azərbaycan belə siyasi təzyiqlərə fikir vermədi və beynəlxalq konfransın təyin olunduğu gündən başlayaraq qonaqları qəbul etməyə başladı. İki həftəyə yaxın davam edən COP tədbirlərinə 80-dən çox dövlət və hökumət başçısı gəldi, 76 mindən çox qonaq qeydiyyatdan keçdi. Tədbir nəzərdə tutulduğu kimi çox yüksək səviyyədə təşkil olundu və ölkəmizə gələn qonaqlar çox məmnun qaldılar. Beləliklə COP 29 uğurlu nəticələrlə başa çatdı".

Deputat vurğulayıb ki, COP29 dünya ictimaiyyəti və ölkəmiz üçün çox əhəmiyyətli oldu:

"Belə ki, qlobal iqlim dəyişiklikləri ilə bağlı COP29-un gündəliyinə müəyyənləşmiş hədəflərin icra olunmasında beynəlxalq ictimaiyyət arasında konsensus əldə olundu. Ölkəmiz əvvəlcədən məqsədimizin dünya ictimaiyyəti arasında körpülərin salınması və ümummilli məsələdə həmrəyliyə nail olunması olduğunu bildirmişdi. COP29-da iqlim maliyyəsinin artırılması və 2025-ci ildən başlayaraq bu maliyyədən istifadə olunması ilə bağlı qlobal razılıq əldə olundu. COP29 bir daha göstərdi ki, Qərbin bir neçə ölkəsi istisna olmaqla beynəlxalq ictimaiyyət üçün dünyanın gələcəyi maraqsız deyil. Biz fərqli qitələrdə və ölkələrdə yaşasaq da eyni bir dünyada yaşayarıq və qlobal problemlərin həll olunmasında həmrəyliyə nail olmalıyıq. COP29 bu məsələnin öhdəsindən uğurla gələ bildi.

COP29-un ölkəmiz üçün də əhəmiyyəti çox böyük oldu. Bu, ilk növbədə Azərbaycanın dostlarının sayının artmasına töhfə verdi. Ölkəyə gəlmiş dövlət və hökumət başçıları ilə dövlət başçımız ikitərəfli görüşlər keçirdi və ölkələrimiz arası əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olundu. Azərbaycanın mövqeləri daha da möhkəmləndi və sözümüzün gücü artdı. COP29 Azərbaycanın hər bir səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək bacarığına malik olduğunu bir daha sübut etdi. O cümlədən ölkəmizin iqtisadiyyatı, turizm sektorunun inkişafı və tanıdılması baxımdan COP29 əvəzedilməz platforma oldu. COP29 ərəfəsində yüksək hazırlıq səviyyəsinə gətirilmiş şəhər infrastrukturu uzun illər xalqımızın rifahına xidmət edəcəkdir. Beləliklə qısa olaraq bildirmək istəyirəm ki, COP29 ölkəmizin özünü dünyada bir daha təsdiq etmək baxımdan gözəl fürsət oldu".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1056   Tarix: 27 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr