"Əhalinin maaşları öz dəyərini minimum 30 faiz itirib" - AÇIQLAMA
"Gələn ilin əvvəlindən başlayaraq bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 faiz artacaq" - bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib. O bildirib ki, pensiyaların minimum məbləği və minimum əməkhaqqı da yüksələcək:
"İşsizlikdən Sığorta Fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin 55 faizi aktiv məşğulluq tədbirlərinə yönəldiləcək".
Bəs görəsən bu artım insanları qane edəcəkmi?
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Sonxeber.az – a açıqlama verib:
"Gələn ilki büdcə, ümumi büdcə artımının 5,3 faizdir. Əgər büdcə artımı bu qədərdirsə təbii ki, sosial ödənişlərin də artımı kəskin çox ola bilməzdi. Bütün sahələrdə artım 5-10 faiz arasıdır. Bu, artırıla biləcək maksimum məbləğdir. Amma məsələyə ədalətlə yanaşsaq, son bir ildə ümumiyyətlə məhsul və xidmətlərin real infilyasiyası, bahalaşması 30 faiz təşkil edir. Əhalinin maaşları öz dəyərini minimum 30 faiz itirib. İl boyu gedən bahalaşmanın fonunda bu artım azdır. 2024-cü ilin yanvar ayından dekabr ayına qədər market, bazar qiymətləri nə qədər dəyişib? Yanvar ayında nəyi neçəyə alırdıq, dekabrda nəyi neçəyə alırıq? Bu bahalaşmanın fonunda insanlar narahatdırlar ki, həyat güzəranları ilə bağlı problemlər yaranacaq. Növbəti ildən də bahalaşmalar dayanmayacaq. Yenə ərzaq və xidmət məhsullarında bahalaşmalar davam edəcək. Bu bahalaşmanın fonunda insanlar artımla qane olmurlar. Çünki, gəlir gedənə adekvat deyil. Bu baxımdan insanlar haqlı olaraq narahat olur ki, əgər bahalaşma dayanmasa bu pensiya ilə həyat güzəranı necə olacaq. Ümid edək ki, bu artımdan sonra bahalaşmada müəyyən qədər durğunluq yaşansın. İnsanlar ən azından xərcləri ilə gəlirlərini balanslaşdıra bilsinlər".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4210 Tarix: 09 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGələn ildən ailələrlə bağlı YENİ QAYDA: Hər kəsin məlumatı...
Gələn ildən ev təsərrüfatlarının uçotu aparılacaq. Məqsəd əhalinin faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluğu, sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə dolğun məlumatların əldə edilməsini təmin etməkdir. Uçotun aparılması ilk dəfə olaraq MyGov platformasında yaradılmı
29 noyabrBu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək
Azərbaycanda sahibkarlığın inkişafını stimullaşdırmaq, istehsal və kənd təsərrüfatı obyektlərinin fəaliyyətə başlamasını asanlaşdırmaq məqsədilə yeni dövlət dəstəyi mexanizmi tətbiq ediləcək. Belə ki, 2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma xərclərini
29 noyabrKöhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır?
Hər evin görünməyən bir tarixçəsi var. Divarların arxasında qalan səslər, döşəmənin altında gizlənən əşyalar, illər əvvəl çəkilmiş divar kağızları və heç kimin diqqət yetirmədiyi kiçik izlər. Bəzən köhnə bir mənzilə daxil olanda qarşımıza sadəcə köhnəlmiş mebel və təmirə ehtiyacı olan divarlar deyil
28 noyabrYevlaxda Dövlət Proqramının icrası müzakirə olunub
Yevlaxda kənd təsərrüfatının və emal sahələrinin inkişafı üzrə layihələrə baxış keçirilib, Dövlət Proqramının icrası çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfada
27 noyabrPensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA
"Pensiyaların 7,5 faiz artırılması gözlənilsə də, bu artım vətəndaşların gündəlik xərclərini qarşılamaq və alıcılıq qabiliyyətini qorumaq üçün kifayət etməyə bilər". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, pensiyaları
29 noyabrGələn ildən bu maşınlar 7 il ƏDV-dən azad ediləcək
Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışına 2027-ci il yanvarın 1-dən etibarən yeddi il müddətinə əlavə dəyər vergisi (ƏDV) tətbiq edilməyəcək. Trend-in araşdırmasına görə, güzəştin qüvvədə olması üçün avtomobillərin istehsalı müəyyən texnoloji mərhələləri əhatə etməlidir. Belə ki, nəzərd
28 noyabr42 yaşlı rəis qəfil vəfat etdi
"Azərbaycan Dəmir Yolları" QSC-nin vəzifəli şəxsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, qurumun Qəbələ stansiyasının rəisi Faiq Mustafayev dünyasını dəyişib. Onun ölümünə qəfil ürəktutmanın səbəb olduğu bildirilir. Qeyd edək ki, F.Mustafayev 1984-cü ildə anadan olub
27 noyabrVilyam Hacıyev azadlığa buraxıldı
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb. "Qafqazinfo"nun məlumatına görə, yerli məhkəmə belə qərar çıxarıb. O, cəzasının qalan hissəsindən şərti olaraq azad edilib. Məhkəmə məhkumun cəzasının bitməsinə 1 ildən bir az artıq vaxt qalmasını, cəzaçəkmə müəssisəsinin müsbə
27 noyabrBazar gününün havası
Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətidən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayi
28 noyabr