Gün ərzində nə qədər enerji içkisi içmək olar? - Həkim açıqladı
"Gün ərzində cəmi 250 ml enerji içkisi içmək olar".
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı rusiyalı mütəxəssis, qastroenteroloq Sofiya Kardaşova açıqlamalar verib.
"Gündə 250 ml-dən çox olmayaraq enerji içkisinin qəbulu məqbuldur. Bundan əlavə, heç bir halda enerji içkiləri ilə fiziki yüklənməni birləşdirmək olmaz, çünki bu zaman ürəyə böyük yük düşür. Həmçinin enerji içkilərini qəhvə, yaşıl və ya qara çayla da içmək olmaz - həddindən artıq kofein səbəbindən bu da ürəkdə problemlərin yaranmasına gətirib çıxara bilər. Hamiləlik və laktasiya dövründə də onları içməməlisiniz. Və yadda saxlamaq lazımdır ki, enerji içkisini içib bitirdikdən sonra yatıb yuxunu almaq lazımdır. Enerji içkisi əlavə güc vermir, əksinə, insanın öz enerji ehtiyatını da tükəndirir", - deyə həkim bildirib.
Beləliklə, həftədə iki və ya üçdən çox olmamaqla, enerji içkisi qəbul etmək olar və bundan sonra da bədənə ehtiyatlarını bərpa etmək üçün vaxt vermək lazımdır.
"Enerji içkiləri ürək döyüntüsünü və qan təzyiqini artırır. Və içdiyiniz enerji içkisinin miqdarından asılı olaraq təsiri güclənir. Enerji içkilərinin qəbulu fonunda miokard infarktı ilə bağlı faktlar məlumdur, ona görə də ürək-damar sistemi problemləri olan insanlar üçün qəti şəkildə əks göstərişdir. Bundan əlavə, kofeinin tez-tez qəbulu su-duz balansını pozur ki, bu da öz növbəsində sidik ifrazını artırır və insana lazım olan duzları xaric edir", - deyə mütəxəssis qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1261 Tarix: 22 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23 oktyabrYeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ
Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemi
5 oktyabrÜzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabrGecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabr3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrDünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?
Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas
11 oktyabrRusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA
Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy
7 oktyabrQripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?
Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində
29 oktyabr