"Bir uşağın aylıq təminatı üçün 246 manat çox azdır" - AÇIQLAMA

"Bir uşağın aylıq təminatı üçün 246 manat çox azdır" - AÇIQLAMA2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində təsdiq edilib.

Bəs görəsən bu məbləğ bir uşağın xərclərini qarşılamağa kifayət edirmi?

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Sonxeber.az - a açıqlama verib:

"Əslində bu məbləğin kifayət qədər olduğunu deyə bilmərik. Çünki, uşağın qidalanma, geyim, təhsil, sağlamlıq və.s xərclərini hesablayanda görürsən ki, bu məbləğ bir uşağı təmin edə bilmir. Ona görə də birmənalı olaraq bu məbləğin yetərli olduğunu deyə bilmərik. Bu bahalaşmanın, həyay şərtlərinin çətinləşməsinin fonunda 246 manat heç yetərli deyil. Amma bütün hallarda bir uşağın aylıq təminatı üçün 246 manat çox azdır. Təhsil xərcləri həddindən artıq yüksəlib. Xüsusilə, yuxarı sinifdə oxuyan uşaqların repititor qiymətləri günü gündən bahalaşır. Hazırlıq qiymətləri orta hesabla aylıq 100 manat civarıdır. Yəni, qısaca analiz etsək, görərik ki, bir uşağı böyütmək, ona təhsil vermək üçün kifayət qədər çox xərc çəkmək lazımdır".

Boşanmış valideyinlər bundan sonra aylıq 246 manat aliment tələb edə bilərmi?

"Bu artımla aliment üçün müraciətlər artacaq. Amma mövcud vəziyyət, ödəyəcək tərəfin maddi imkanları da nəzərə alınmalıdır. Çünki maaşlarda artım yoxdursa, dolayısı ilə aliment də təmin edilməyə bilər. Tərəflər bu məsələ ilə bağlı razılaşmaya gəlməlidirlər"

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2802   Tarix: 28 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ali təhsil 3 ilə endirilməsi TƏKLİF OLUNUR: Diplomun müddəti qısalır, bəs keyfiyyət necə olacaq?

Xəbər verdiyimiz kimi Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. Bununla bağlı -a danışan "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayev

11 sentyabr
.

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib

Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale

11 sentyabr
.

Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR

"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur

11 sentyabr
.

"12 illik tam orta təhsildən sonra 3 illik bakalavr sistemi məqsədəuyğundur" - Adil Vəliyev

12 illik tam orta təhsildən sonra 3 illik bakalavr sistemi məqsədəuyğundur. xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugün iclasında deyib. O qeyd edib ki, bakalavr təhsilinin 3 ilə endirilməsi Ali təhsil haqqında yen

11 sentyabr
.

Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub

11 sentyabr
.

İctimai Wi-Fi-dən istifadə zamanı hansı təhlükələrlə üzləşə bilərik? - AÇIQLAMA

Kafe, hava limanı, otel və digər ictimai məkanlarda pulsuz Wi-Fi-dan istifadə etmək artıq gündəlik həyatımızın adi hissəsinə çevrilib. Bəs rahatlıq üçün qoşulduğumuz bu şəbəkələr şəxsi məlumatlarımızı, sosial media hesablarımızı və hətta bank məlumatlarımızı nə dərəcədə riskə atır? İctimai Wi-Fi-da

11 sentyabr
.

Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq

Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı

11 sentyabr
.

"Şəki yaylası"ndan trosun qırılması ilə bağlı açıqlama: "Təcrübəyə tam malik deyilik" - VİDEO

İki nəfərin ölümü ilə gündəmə gələn "Şəki yaylası" istirahət mərkəzi ziplayn xətlərinin qırılması ilə bağlı iddialara cavab verib. xəbər verir ki, mərkəzin "Instagram" səhifəsində hadisə ilə bağlı açıqlama yayımlanıb. Açıqlamada əvvəlcə hadisə zamanı həyatını itirən Ucal Bayramo

11 sentyabr
.

31° isti... - Sabahın havası

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq

10 sentyabr