İqor Kşnyakin kimdir? – Özünü sərnişinlərə fəda edən QƏHRƏMAN

İqor Kşnyakin kimdir? – Özünü sərnişinlərə fəda edən QƏHRƏMANAZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakin sözün əsl mənasında özünü şəhid edib, insanlarımızın bir çoxunun həyatını xilas edə bildi. Onun fədakarlıqları bütün dünya mediasında manşet xəbəri oldu.

Bir daha xatırladaq ki, dekabrın 25-də AZAL-ın "Bakı-Qroznı" reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Dünya təcrübəsi göstərir ki, bu cür qəzalarda sağ qalma şansı çox nadir olur. Lakin bizim həm günümüzün, həm də mövzumuzun qəhrəmanı kapitan İqor Kşnyakinin sayəsində xeyli insan sağ qaldı və əslində baş verən həqiqətləri hamıya çatdıra bildilər. Hansı ki, plan o olub ki, təyyarəmiz Xəzərə düşsün və bir nəfər belə şahid qalmasın.

İqor Kşnyakin kimdir? – Özünü sərnişinlərə fəda edən QƏHRƏMANİqor Kşnyakin, Hökümə Əliyeva, Aleksandr Kalyaninov

Lent.az "Bioqrafiya" rubrikasında qəhrəman kapitan İqor Kşnyakin barədə məlumat verir.

- İqor Kşnyakin nə vaxt anadan olub?

​İqor İvanoviç Kşnyakin 1962-ci ildə mayın 19-da Bakı şəhərində anadan olub.

- İqor Kşnyakin harada təhsil alıb?

İqor Kşnyakin pilot kimi ilk təhsilini 1982-ci ildə Sovet İttifaqı Qəhrəmanı Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində pilot ixtisası üzrə alıb. Həmçinin, 1992-ci ildə Rusiya Dövlət Hidrometroloji İnstitutunun Meteorologiya ixtisasını bitirib.

- İqor Kşnyakinin ilk iş yeri hara olub?

​İqor Kşnyakin 1982-ci ildə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu vəzifəsində əmək fəaliyyətinə başlayıb.

- İqor Kşnyakin karyerasına necə davam edib?

İqor Kşnyakin 1984-cü il yanvarın 6-dan Zabrat Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu, 1990-cı ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Yak-40 Hava Gəmisinin 2-ci pilotu vəzifələrində çalışıb. 1994-cü ildə Yak-40 Hava Gəmisinin komandiri, 1997-ci ildə "Azal" Milli Aviasiya Şirkətinin Yak-40 Hava Gəmisinin kapitanı vəzifəsinə təyin edilib. 1998-ci ildə Tu-134 Hava Gəmisinin 2-ci pilotu vəzifəsinə təyin olunur. 2005-ci ildə An-140 Hava Gəmisinin kapitanı, 2008-ci ildən etibarən ATR-42/72 Hava Gəmisinin kapitanı vəzifəsinə yüksəldilir.

​İqor Kşnyakin 2013-cü iyunun 3-dən etibarən, Embraer-170/190 Hava Gəmisi üzrə yenidən təlim kursunu müvəffəqiyyətlə bitirdikdən sonra həmin Hava Gəmisinin stajçı-pilotu vəzifəsinə keçirilib. 2013-cü dekabrın 11-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində Embraer-170/190 Hava Gəmisinin kapitanı vəzifəsinə təyin edilib.

İqor Kşnyakin kimdir? – Özünü sərnişinlərə fəda edən QƏHRƏMANİqor Kşnyakin və övladları

- İqor Kşnyakinin havada nə qədər olub?

​İqor Kşnyakinin 2024-cü il dekabrın 25-nə kimi olan uçuş saatlarını təqdim edirik:

An2:​​​​2300 saat

Yak-18:​​​​37 saat

Yak-40:​​​​2923 saat

Tu-134:​​​​48 saat

ATR-42/72:​​​2842 saat

Embraer-190:​​​7009 saat

Kapitan qismində:​​11180 saat

Ümumi uçuş saatı:​​15159 saat

- İqor Kşnyakin özünü qurban edib neçə insanı xilas etdi?

Bu il dekabrın 25-də dəhşətli qəzada 29 nəfərin sağ qalması İqor Kşnyakinin qəhrəmanlığı sayəsində olub.

- İqor Kşnyakinin ölüm xəbəri Bakıda necə qarşılandı?

İqor Kşnyakin kimdir? – Özünü sərnişinlərə fəda edən QƏHRƏMANİqor Kşnyakinin evinin önü

İqor Kşnyakinin ölüm xəbəri bütün Azərbaycanı, eləcə də Bakı sakinlərini, onun yaxınlarını dərindən silkələdi. Onu tanıyanlar ölüm xəbərini eşitdikdən sonra yaşadığı binanın qarşısına toplaşaraq xatirəsinə ehtiramlarını ifadə edib, divara vurulmuş fotoşəkilinin önünə gül dəstələri düzüblər. Onun Bakıda təhsil aldığı 251 nömrəli məktəbin şagirdləri də pilotun evinin önünə gəlmişdilər. Şagirdlər İqor Kşnyanikin fotosu önünə gül dəstələri qoyub, xatirəsini anıblar.

İqor Kşnyakin kimdir? – Özünü sərnişinlərə fəda edən QƏHRƏMANİqor Kşnyakinin evinin önü

Uzun müddət onunla qonşuluqda yaşayan Mehman Şöyübov qəhrəman pilotu belə xatırlayır: "İqor çox gözəl qonşu idi. Sonuncu dəfə yanımızdan keçəndə salamlaşdıq. Hər zaman yaxşı insan olub, xatirəmdə elə də qalacaq. Onun haqqında danışmaq çox çətindir. Ailədə də çox hörmətli idi, mehriban idi. Xəbəri eşidəndə heç kim inanmadı, çünki o həm də gözəl pilot idi. Televiziyadan eşitdik ki, belə bir faciəvi hadisə olub. Biz indi də elə bilirik ki, qayıdacaq. İşini sevən, ondan zövq alan insan idi. Uzun müddət idi işləyirdi, həmişə də işinə həvəslə yanaşırdı".

Asim Kazımov isə deyir ki, İqoru pilot geyimində görəndə hər zaman fərəh hissi keçirib: "Mən 7 ildir burada yaşayıram. Həmişə də onu özümə yaxın insan bilmişəm. Tez-tez rastlaşıb söhbətləşirdik. Çox sağlam və gümrah insan idi. Onu pilot geyimində görəndə deyirdim, qəhrəman doğulmusan. O, elə insan kimi də qəhrəman idi. Baxmayaraq ki, rus idi, amma hamı ilə Azərbaycan dilində danışırdı. Mən onu qəzadan bir gün əvvəl görmüşdüm. Səhəri gün onu itirəcəyimizi ağlıma da gətirmədim. Çox məsuliyyətli insan idi. Hər dəfə də getdiyi ölkələr barədə danışırdı".

- İqor Kşnyakinin qızı atası ilə bağlı nələr deyir?

Qızı sosial şəbəkə hesabında belə yazıb:

İqor Kşnyakin kimdir? – Özünü sərnişinlərə fəda edən QƏHRƏMANİqor Kşnyakin və qızı

"Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan, onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, öz həyatını qurban verdin, günahkarı tapdın, mənim yanımda çox güclüsən, belə bir atam olduğu üçün həmişə fəxr edəcəm. Çox əyləncəli idin, həmişə bizim üçün hər şeyi etdin, xoşbəxt olmağımızı istədin. Ən yaxşı ata! Cənnətdə olasan, inşallah! Allah rəhmət eləsin!".

Onu da qeyd edək ki, gənclər və idman nazirinin müavini Mariana Vasileva paylaşım edib.

O bildirib ki, təyyarənin kapitanı İqor Kşnyakin Azərbaycan Gimnastika Federasiyasının "Gimnastika hamı üçün" növü üzrə təmsilçiləri, millimizin üzvləri Anastasiya və Darya Kşnyakinanın atasıdır.

İqor Kşnyakin kimdir? – Özünü sərnişinlərə fəda edən QƏHRƏMANİqor Kşnyakin və qızı

İqor Kşnyakin kimdir? – Özünü sərnişinlərə fəda edən QƏHRƏMANİqor Kşnyakin və həyat yoldaşı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3151   Tarix: 28 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021