Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Mənzil bazarında hissəli satış prosesi canlanacaq.
"Vergi Məcəlləsinə" edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azaldılması ilə bağlıdır. Yeni dəyişiklik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək.
Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov deyib ki, yeni qaydalara əsasən, vergi yalnız mənzilin mənfəət hissəsi sahibkara ödənildikdən sonra tutulacaq. Əvvəl isə xüsusən hissəli satışla satılan mənzillərdə ilkin ödəniş maya dəyərinə aid edilsə də, mənfəət vergisi bu məbləğdən çıxılırdı.
Eskpertin sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişiklik sahibkarların yeni tikili binalarda hissəli satış üçün marağını artıracaq ki, bu da sözügedən mənzilin vətəndaş üçün əlçatanlığına səbəb olacaq.
Firdovsi Xəlilov əlavə edib ki, yeni tikili binalarda mənzillərin ucuzlaşmasına səbəb ola biləcək amillərdən biri təklifin artmasıdır. Bunun üçün isə bina layihələrinin müvafiq icazə sənədləri vaxtında təsdiqlənməlidir.
Ekspert qeyd edib ki, bundan başqa, sahibkarlara güzəştli kreditlərin aşağı faizlə verilməsi, tikinti materiallarının ucuzlaşması kimi amillər yeni tikili binalarda mənzillərin aşağı qiymətlə təklif edilməsinə səbəb ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1556 Tarix: 11 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabr