Bu şəxslərə 230 manat veriləcək - DETALLAR

Bu şəxslərə 230 manat veriləcək - DETALLARAqrar Subsidiya Şurası məhsul subsidiyası verilən bitkilərin siyahısını genişləndirir. Şuranın qərarına əsasən, 2025-ci təsərrüfat ilindən başlayaraq fermerlər qarğıdalıya görə, əkin subsidiyası ilə yanaşı, məhsul subsidiyası da ala biləcəklər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, məhsul subsidiyası qarğıdalıdan nişasta, qlükoza, yağ və fruktoza istehsal edən müəssisələrə verilən məhsula şamil ediləcək. Öz torpaq sahəsində qarğıdalı yetişdirən və məhsulu belə müəssisələrə təhvil verən fermerlər əkin subsidiyası ilə yanaşı, təhvil verdikləri qarğıdalının hər tonuna görə 50 manat məhsul subsidiyası alacaqlar.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildə müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə qarğıdalı becərilməsinə görə fermerlərə hər hektara görə 290 manat, müasir suvarma sistemləri quraşdırılmamış qarğıdalı sahələrinə görə isə hər hektara 230 manat əkin subsidiyası ödəniləcək. Təkrar qarğıdalı əkinlərinə görə isə fermerlərə hər hektar üçün 120 manat subsidiya ödənilməsi nəzərdə tutulur. Maraqlıdır, yeni qərarı şərtləndirən amillər hansılardır? Bundan sonra sözügedən sahədə nələr gözlənilir?

Musavat.com "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Azad olunmuş ərazilərdə fərqli əmsal

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə qarğıdalı əkinlərinə görə fərqli əmsallar müəyyənləşib: "Növbəti təsərrüfat ilindən azad olunmuş ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə qarğıdalı əkinlərinə görə hər hektara 400 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış ərazilərdə qarğıdalı əkinlərinin hər hektarına görə 140 manat subsidiya ödəniləcək".

Nazirlikdən qeyd edilib ki, Azərbaycanda tək qarğıdalı əkinləri deyil, bütün əkinlər subsidiyalaşdırılır: "Subsidiya dövlət dəstəyidir. Fermerin xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması mexanizmidir. Stimullaşdırma tədbiri olduğuna görə fermerlərə müsbət təsir edəcəyi gözlənilir".

Həm qida, həm də yem bazası

İqtisadçı Cəfər İbrahimli düşünür ki, qarğıdalı olduqca faydalı xammaldır: "Qarğıdalıdan qida kimi istifadə olunur. Yağ, nişasta və digər məhsullar alınır. Heyvandarlıqda yem bazası kimi də istifadəsi nəzərdə tutulur. Bu baxımdan, məhsula görə subsidiyanın verilməsi nəzərdə tutulur ki, qarğıdalının istehsal müəssisələrinə təhvil verilməsinə maraq artsın. Müəssisələrə verilməsə də, qarğıdalının həm dənindən, həm də silosundan istifadə olunur. Maldarlıqda qarğıdalı silosu olmadan süd məhsuldarlığı əldə etmək mümkün deyil. Bu baxımdan qarğıdalıya subsidiya və güzəştlərin edilməsi çox müsbət hadisə kimi qiymətləndirilməlidir".

Daha çox məhsul istehsal ediləcək

C.İbrahimlinin fikrincə, məhsul subsidiyalarının verilməsi reallaşandan sonra fermerlərin əldə etdikləri gəlirlər də artacaq: "Əkin subsidiyaları hər əkilən sahəyə görə verilir. Əkin subsidiyasında qarğıdalının hansı məqsədlə əkildiyinin fərqi yoxdur. Məhsul subsidiyası isə fermerlərin maraqlı olması üçündür. Məhsulun becərilməsinə qatqı məqsədi daşıyır. Əgər məhsul qida üçün emala gedirsə, hər iki subsidiya növündən yararlana bilərsiniz. Amma heyvandarlıq üçündürsə, yalnız əkin subsidiyaları şamil edilir. Qida kimi daha çox məhsul istehsal ediləcək, dəyər yaradacaq. Həmçinin təsərrüfat sahələrinin inkişafına dəstək olacaq. Qarğıdalının hətta atılan hissəsindən də istifadə edilir deyə, heç nə itkiyə getmir".

"Əkin subsidiyaları artırılmalıdır"

İqtisadçı bildirib ki, məhsul subsidiyası ilə müqayisədə əkin subsidiyaları olduqca azdır: "Düşünürəm ki, qarğıdalıya ayrılan subsidiya arpa və buğda ilə müqayisədə daha çox olmalıdır. Çünki onun istehsal xərcləri daha çoxdur. O səbəbdən subsidiya həcmi iki dəfə artırılmalıdır. Lakin görürük ki, arpa və buğdaya verilən qədər əkin subsidiyası ayrılır. Nəzərə almalıyıq ki, qarğıdalıda yerli toxumlarımız standartlara cavab verə bilmir. Əkilən qarğıdalı toxumlarının 80 faizə yaxını xaricdən gətirilir. O isə olduqca baha başa gəlir. Fermerlər üçün əlavə xərc olduğunu nəzərə alsaq, əkin subsidiyaları artırılmalıdır. Məhsul subsidiyası üçün isə 50 manat normal məbləğdir".

"Suvarma sistemlərinə də dəstək olmaq lazımdır"

Ekspert düşünür ki, qarğıdalı ilə bağlı təsərrüfatlarda xeyli inkişaf mövcuddur: "Son 10 ilə yaxındır məhsuldarlıq artıb. Dənlik qarğıdalının məhsuldarlığı 10 ton üzərinə çıxır, əvvəl 3-4 ton güclə olurdu. Silosluq qarğıdalıda da hər hektardan 60-70 ton məhsul götürülə bilir. Bu da fermerlərin əməyi nəticəsində baş verib. Düşünürəm ki, dəstək bir az da artırılsa, proses daha da inkişaf edər".

C.İbrahimli bu sahədəki həll edilməli digər məsələlərə də toxundu: "Qarğıdalının suya çox ehtiyacı var. Onların suvarma sistemlərinə də dəstək olmaq lazımdır. Heyvandarlıq təsərrüfatları üçün bu qidaların əkilməsinə yer ayrılmalıdır. Hansı ki, özləri qarğıdalı yetişdirsinlər və ondan da yem kimi istifadə etsinlər. Belə olduqda, daha sərfəli yem bazalarını formalaşdırmış olarlar. Bu baxımdan qarğıdalı əkinlərinin artırılması vacibdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3239   Tarix: 12 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq

Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı

11 sentyabr
.

Dövlət bağçalarında yerlərin sayı artırılıb

"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib

11 sentyabr
.

Bu atları saxlayanlara 1000 manat veriləcək

"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"

10 sentyabr
.

"Şəki yaylası"ndan trosun qırılması ilə bağlı açıqlama: "Təcrübəyə tam malik deyilik" - VİDEO

İki nəfərin ölümü ilə gündəmə gələn "Şəki yaylası" istirahət mərkəzi ziplayn xətlərinin qırılması ilə bağlı iddialara cavab verib. xəbər verir ki, mərkəzin "Instagram" səhifəsində hadisə ilə bağlı açıqlama yayımlanıb. Açıqlamada əvvəlcə hadisə zamanı həyatını itirən Ucal Bayramo

11 sentyabr
.

Xankəndidə nə qədər insan yaşayır?

Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu

11 sentyabr
.

Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub

11 sentyabr
.

Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj

Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj

11 sentyabr
.

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib

Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale

11 sentyabr
.

Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!

Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında

10 sentyabr