"Əyalət mollaranın çıxışları məqsədlidir və bir nöqtədən, İran dini liderinin ofisindən idarə olunur" - DEPUTAT
Dəyişkən siyasi ritorika, qonşu dövlətlərə qarşı hədə-qorxu və təhdidlər İranın xarici siyasət strategiyasının əsasını təşkil edir. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar, işğal və münaqişə faktorunu hərbi gücün tətbiqi ilə sonlandırılması Tehran rəsmilərini ciddi şəkildə narahat edir. Güclü və qüdrətli Azərbaycan İranı qorxuya salıb.
Son günlər ard-arda İran mollaları tərəfindən ölkəmizin və dövlət rəhbərimizin hədəf alınması məhz, qeyd etdiyim məqamlardan qaynaqlanır. Təbii ki, əyalət mollaranın çıxışlarının hər biri məqsədlidir və bir nöqtədən, İran dini liderinin ofisindən idarə olunur. Xüsusilə, aparılan anti-Azərbaycan təbliğatının tarixi Azərbaycan şəhərlərində keçirilməsi təsadüfi deyil.
Teokratik rejim ənənəvi hədəf dəyişdirmək siyasəti həyata keçirməklə ictimaiyyətin diqqətini fərqli istiqamətlərə yönəltmək istəyir. Çünki xalq rejimdən uğursuzluğa düçar olan "Müqavimət oxu" ideologiyasına xərclənən yüz milyardlarla dollar vəsaitin hesabatını tələb edir. Belə olduğu təqdirdə qonşu dövlətlərdən, xüsusilə, tarixi və dini bağları olan xalqlardan süni düşmən obrazı yaratmaq İran rejiminin hədəfidir.
Azərbaycanın regionda yüksələn nüfuzu və sistemli təşkil olunmuş inkişaf tendensiyası bundan sonra da davam edəcək. İran rəsmiləri nə qədər mənfi situasiya formalaşdırmaq cəhdlərinə əl atsalar da, Cənubi Azərbaycanlı soydaşlarımız arasında cənab Prezident İlham Əliyevə artan etimadı əngəlləyə bilməyəcəklər.
İran rəsmiləri unutmasınlar ki, 40 milyonluq Azərbaycan Türklərinin İran-fars molla rejimi tərəfindən bütün hüquqları tapdalanmaqdadır. Onların hüquqlarının bərpa olunacağı gün çox da uzaqda deyil.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bakıda avtomobil gözəllik salonuna girdi
Sabah hava necə olacaq?
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?