"Ölkənin yeganə aktiv, böyük potensialı olan ərazisi Bakıdır" - AÇIQLAMA

"Ölkənin yeganə aktiv, böyük potensialı olan ərazisi Bakıdır" - AÇIQLAMA"Ölkənin yeganə aktiv, böyük potensialı olan ərazisi Bakıdır" - bunu Sonxeber.az - a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.

"Bütün rayonlardan yalnız bir istiqamətə - Bakıya doğru axın davam edir. Regionlar, kəndlər boşalır. İş, biznes, yaşayış şərtləri baxımından ən əlverişli şəhərin yalnız Bakı olması insanların bura kütləvi axınına səbəb olur. Təəssüf ki, bu prosesin dolayı olaraq başqa nəticələri də olur. Məsələn həkimlər çalışır ki, Bakı və ətrafında işləsinlər. Çünki, burda pasientlər daha çoxdur, daha imkanlıdır. Əlaqə imkanları genişdir. Məhz bu səbəblərdən ölkənin ən peşəkar həkimləri Bakıda toplaşıb. Uzaq regionlardan vətəndaşlar Bakıya gəlməli olur. Çünki, rayon xəstəxanalarında həkim tapılmır. Düzdür, regionlarda da çox yaxşı həkimlərimiz var, lakin onların sayı çox azdır. Belə bir şəraitdə artıq ciddi problemlər yaranır. Bütün yük paytaxtın üzərinə düşür. Burda yaşamaq, nəqliyyatda hərəkət etmək mümkün olmur. Kommunal sistemlər davam gətirmir. Beləcə, Bakı yaşanılmaz hala gəlir. Bunların səbəbi çox standartdır. Regionlar məhv olub gedir. İnkişafdan başqa yol yoxdur. Ölkənin tarazlı inkişafı üçün balans yaradılmalıdır. Demoqrafik, sosial, iqtisadi balans bütün rayonlarda təmin olunmalıdır. Normal yaşayış və iş şərtləri yaradılmalıdır. Bunlar olmayanda əlbəttə ki, bütün əhali paytaxta cəmləşəcək. Son dövrlər problemin həlli üçün nəinki, addımlar atılmır, hətta atılan addımlar əhalinin Bakıya toplaşmasını stimullaşdırır.

Hal-hazırda, nəinki, Bakıda, hətta ətraf kənd və qəsəbələrdə də tıxaclar yaranır. Bu belə olmamalıdır. Paytaxtdan ibarət ölkə olmur. Bu fundamental problemdir. Heç kəsi qınamaq da olmaz. Bu, yalnız aparılan sosial iqtisadi siyasətin nəticəsidir. Bu siyasət elə qurulmalı idi ki, ölkənin bütün rayonları bərabər inkişaf etsin. Hər kəs öz bölgəsində yaşasın. Amma biz iqtisadi statistikalara baxdıqda görürük ki, ölkə əhalisinin 3/4-ü Bakıda formalaşlb".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1661   Tarix: 13 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr