Respublika Klinik Xəstəxanasında doğuşa gətirilən qadın əməliyyatdan sonra öldü: "İntubasiya etdik"
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ana ölümü qeydə alınıb. 2001-ci il təvəllüdlü Rübabə İntiqam qızı Dadaşovanın yanvarın 1-də hamiləlik diaqnozu ilə sözügedən xəstəxanaya gətirildiyi və anamnezi götürülmədən birbaşa əməliyyata aparıldığı, körpə dünyaya gəldikdən sonra isə vəziyyəti ağırlaşaraq yanvarın 2-də dünyasını dəyişdiyi deyilir.
Mərhumun yaxınının Axar.az-a verdiyi açıqlamaya görə, hamilə qadın sağlam vəziyyətdə xəstəxanaya gətirilib, heç bir problemi olmayıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, pasiyent xəstəxanaya hospitalizasiya edilərkən əvvəlki qeysəriyyə çapığı bölgəsində şiddətli ağrılar hiss etdiyini bildirib:
"Yanvarın 1-də saat 16:40-da 2001-ci il təvəllüdlü, 37-38 həftəlik hamilə olan şəxs Respublika Klinik Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub və ilk doğuşunun qeysəriyyə kəsiyi əməliyyatı ilə həyata keçirildiyini, əvvəlki qeysəriyyə çapığı bölgəsində şiddətli ağrılar hiss etdiyini bildirib.
Pasiyentin ilkin müayinəsi aparılıb, zəruri laborator və instrumental analizlər yerinə yetirilib. Təcili olaraq əməliyyata alınan xəstədə əməliyyatın son mərhələlərində qıcolmalar müşahidə edilib. Bu səbəblə xəstəyə sedasiya (yatırılma - red.) tətbiq edilərək təcili olaraq Reanimasiya şöbəsinə köçürülüb. Reanimasiya şöbəsində də qıcolmalar davam edərək, vəziyyəti daha da ağırlaşan xəstəyə intubasiya tətbiq olunub, lakin qıcolmaların qarşısını almaq mümkün olmayıb. Ağırlaşmanın fonunda aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin ölüm faktı qeydə alınıb".
Cavabda vurğulanıb ki, dəqiq diaqnozun təsdiqi üçün reanimasiya və əməliyyat zamanı toplanan klinik məlumatlar, histopatoloji və laborator analizlər həlledici rol oynayacaq:
"Hazırda bu səbəblərin araşdırılması, tam dəyərləndirilməsi üçün müvafiq istintaq və tibbi ekspertiza prosesi davam edir.
Qeyd edək ki, sözügedən şəxsin boyu 52 sm, çəkisi 3 kq 400 q olan qadın cinsli övladı dünyaya gəlib. Zəruri tibbi xidmətlər göstərilən, vəziyyəti qənaətbəxş olan körpə isə ambulator müalicə üçün evə buraxılıb", - deyə cavabda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
İki illik viza aldığı ölkədə 2 həftə qala bilmədi: "Burdakı kişilərdə problem var" - VİDEO