"İran müxtəlif bəhanələrlə Ermənistana təzyiq edir" - İlyas Hüseynov
"Son illər ərzində İranın Azərbaycana qarşı müxtəlif səviyyələrdə mövqe nümayiş etdirməsi bölgədəki reallıqlarla bağlıdır. Yeni geosiyasi mənzərə belə görünür ki, İranı narahat edir və bununla razılaşmır. Siyasi və dini müstəvidə də hücumlar təşkil olunmaqdadır. O cümlədən, İranın Ali Rəhbərinin Ərdəbildə, Qəzvində olan nümayəndələrinin ölkəmiz və liderimiz əleyhinə olan fikirləri ilə tanışıq".
Bunu Sonxeber.az-a politoloq İlyas Hüseynov danışıb.
O, açıqlamasında qeyd edib ki, İran regional proseslərə dəstək verməli, əməkdaşlığa can atmalıdır:
"Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı da bu mövzuya toxunulmuşdur və ölkəmiz əleyhinə fikirlər söyləyən şəxslər, dövlət başçısından üzr istəməlidirlər və bu bir tələb kimi irəli sürülmüşdür. Məlumdur ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Həm də, İran müxtəlif bəhanələrlə Ermənistana təzyiq edir. Ermənistan Üçtərəfli Bəyanata imza atıb və üzərinə öhdəliklər götürüb. Ona görə də bu məsuliyyət dərk edərək öhdəlikləri vaxtı-vaxtında icra etməlidir. Təəssüflər olsun ki, Ermənistan İran da daxil olmaqla ayrı-ayrı güc mərkəzlərinin əlində bir alətə çevrilmişdir və kənardan söylənilən fikirləri yerinə yetirməklə məşğuldur. Bu heç bir müstəqil dövlətə başucalığı gətirmir. O cümlədən, İran da regional proseslərə dəstək verməli, əməkdaşlığa can atmalı və hazırda siyasi gündəlikdə olan məsələləri "tormuzlamamalı"dır. Bundan əlavə, müxtəlif səviyyələrdə ölkəmiz əleyhinə hücumların təşkil olunmasına da son qoymaq və mehriban qonşuluq siyasəti çərçivəsində əməkdaşlığı formalaşdırmaq zərurətdir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1338 Tarix: 14 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşadan dünyaya müttəfiqlik və əbədi qardaşlıq mesajı
Azərbaycanın müasir dövlətçilik tarixi hərbi qələbələrlə yanaşı, strateji diplomatik uğurlar və sarsılmaz dostluq salnaməsi ilə zəngindir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Cənubi Qafqazın siyasi mənzərəsini kökündən dəyişməklə yanaşı, Bakı ilə Ankara arasındakı qardaşlıq tellərin
11 noyabrPrezident polşalı həmkarına məktub göndərdi
Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermi
10 noyabrƏrdoğanla Quterreş Əliyevi qarşıladılar - Video
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
11 noyabrİki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
11 noyabrSarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11 noyabrPrezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
11 noyabr