"Valideyinlər övladlarının sosial şəbəkədəki fəaliyyətlərinə nəzarət etmirlər" - AÇIQLAMA
Son zamanlar məktəblilərin TikTok sosial platformasında etdikləri paylaşımlar müzakirə edilir. Belə ki, TikTok artıq şagirdlər arasında da böyük populyarlıq qazanıb. Lakin bu platforma bəzən milli-mənəvi dəyərlərə zidd davranışların yayılmasına səbəb olur. Vəziyyət o həddə çatıb ki, hətta dərs zamanı belə, şagirdlər canlı yayımlar açır, etik olmayan ifadələr səsləndirir.
Bəs görəsən bu halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Sonxeber.az - a açıqlama verib:
"Sosial şəbəkələr bizdə deyil, bütün dünyada var. Bir sıra ölkələr TikTok-u qadağa edirlər. Amma düşünürəm ki, məsələnin həlli yolu bu deyil. Əgər bu gün ölkədə TikTok-u bağlaya bilmiriksə, ən azından bir sıra digər ölkələrdə olduğu kimi müəllimlər özləri də Tiktokda aktiv olmalıdır. Onlar özləri bu platformada maarifləndirici videolar paylaşa bilərlər. Ümumiyyətlə, bu məsələ cəmiyyət problemidir. Həm valideyinlər, həm müəllimlər nəzarət etməlidirlər. Amma təəssüflər olsun ki, bizdə ailə insitutunda ciddi boşluqlar var. Valideyinlər övladlarının sosial şəbəkədəki fəaliyyətlərinə nəzarət etmirlər. Bu da bütün problemlərin yaranmasına səbəb olur. Hal-hazırda Təhsil Nazirliyi elan edib ki, 300 məktəbdə şagirdlərin telefon gətirməsi qadağan edilib. Amma hansı məktəblərdə? Həmin məktəblərin adları yoxdur. Bununla bağlı rəsmi əmr yoxdur. Ən əsası problemin həlli üçün qadağalardansa, maarifləndirmə işlərini gücləndirmək lazımdır. Xüsusilə valideyinlər nəzarəti gücləndirməlidir. Məktəblərdə tərbiyə sistemi çöküb. Çünki, təhsili idarə edənlərin təhsil sistemindən xəbərləri yoxdur. Onlar düşünür ki, əgər bizim olimpiyadalarda medallarımız varsa, deməli təhsildə hərşey yaxşıdır. Amma reallıq bundan ibarət deyil. Bunlar hamısı təhsilin idarə edilməsinin səriştəsi olmayan insanlara tapşırılmasının acı nəticəsidir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1091 Tarix: 17 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabr