Qəzada həlak olan İqor Kşnyakinin qızı "Azərbaycan" mahnısını oxudu - FOTO
Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş "20 Yanvar - Azadlığın zirvə günü" adlı tədbir keçirilib.
Milli.Az xəbər verir ki, tədbirin əvvəlində ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının və Aktau şəhərinin yaxınlığında təyyarə qəzasında həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, 20 Yanvar faciəsi xalqımızın yaddaşında qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb: "Azadlığımıza, müstəqilliyimizə gedən yol məhz bu gündən başlayır. İndi fəxrlə deyə bilərik ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı. Ümummilli Lider Heydər Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı alınmaz qala kimi bütün yad təcavüzlərdən qoruyub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin səyi və rəşadətli ordumuzun şücaəti nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan xalqı düşmən üzərində tarixi zəfər çaldı. Bu zəfər sevincinə görə vətən uğrunda canlarından keçən şəhidlərin ruhu qarşısında baş əyirik!"
Sonra Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Teatr sənəti", "Milli rəqs", "Vokal" dərnəklərinin və "Çiçəyim" uşaq teatrının üzvləri mövzuya aid səhnəciklər, rəqslər nümayiş etdirib, şeirlər və mahnılar ifa ediblər.
Azərbaycanın Milli Qəhrəmanı, təyyarə qəzasında həlak olan kapitan, pilot İqor Kşnyakinin qızı Darya Kşnyakina "Azərbaycan" mahnısını səsləndirib.
Tədbirdə paytaxtımızın müxtəlif orta məktəblərinin şagirdləri iştirak ediblər.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1429 Tarix: 18 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabr