"BakıKart" tətbiqi nə vaxt işləyəcək? - AÇIQLAMA

"BakıKart" tətbiqi nə vaxt işləyəcək? - AÇIQLAMA2024-cü ilin avqust ayının əvvəlindən etibarən "BakıKart" mobil tətbiqində texniki nasazlıqlar müşahidə olunmağa başlanıb. Bu səbəbdən istifadəçilər tətbiq vasitəsilə balans yükləmək və digər funksiyalardan yararlanmaqda çətinliklərlə üzləşiblər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaranmış problemin aradan qaldırılması istiqamətində işlərin aparıldığını bildirərək sərnişinlərə müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativ ödəniş üsullarından istifadə etməyi tövsiyə edib.

Ötən ilin sentyabrında AYNA tərəfindən verilən açıqlamada texniki nasazlığın hələ də davam etdiyi və problemin həlli üçün işlərin sürdüyü qeyd edilib. Noyabr ayında isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmisi Elmin Məmmədov yaxın günlərdə daha təkmil "BakıKart" proqramının istifadəyə veriləcəyini söyləyib.

Lakin 2025-ci ilin yanvar ayına qədər "BakıKart" mobil tətbiqinin fəaliyyəti hələ də bərpa olunmayıb. Rəsmi internet səhifəsində "Yenilənmiş BakıKart mobil tətbiqi - Tezliklə..." məlumatı yer alır.

Tətbiqin nə zaman hazır olacağı ilə bağlı AYNA-dan Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə informasiya olanda, təqdim ediləcək. Belə çıxır ki, qurum özü də tətbiqin bərpası istiqamətində gedən işlər barəsində məlumatlı deyil.

Qeyd edək ki, bu müddət ərzində sərnişinlər ödənişləri "BakıKart" kartları və digər alternativ üsullarla həyata keçirməyə davam edirlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1486   Tarix: 19 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr