"Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir" - Deputat

"Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir" - DeputatDavos – Hər il İsveçrənin Davos şəhərində keçirilən dünya liderləri və tanınmış iş adamlarından ibarət toplantıdır. Nüfuzuna görə, Davos Forumu yüksək reytinqə malikdir və bu səbəbdən də burada aparılan müzakirələrə diqqət də yüksək olur.

Azərbaycan üçün bu, yeni platforma deyil. Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu (DİF) xüsusi rola malikdir. Bu forumda Azərbaycanın iştirakı 1995-ci ildən başlayıb. Həmin ilin 27-31 yanvar tarixlərində Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Prezident İlham Əliyev də bu platformada intensiv iştirak edir və 2007-ci ildən başlayaraq dəfələrlə yaddaqalan çıxışlar edib.
Bu uğurun nəticəsidir ki, Azərbaycan 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul etdi. DİF təsisçisi və icraçı direktoru Klaus Şvab ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurlu iqtisadi siyasəti alqışlamışdı. Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 2013-cü ildə 46-cı yerdə və 4 il MDB məkanında 1-ci yerdə qərarlaşmışdı.

Bu il 55-ci iclasını keçirən Forum yanvarın 20-dən 24-dək baş tutdu. Prezident İlham Əliyevin mötəbər toplantıya növbəti dəfə qatılması da ölkəmizin ona marağının göstəricisidir. Eyni zamanda, DİF iştirakçılarının da Azərbaycana böyük marağı var.

Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır. Və bu maraqları daha çox böyük iqtisadi maraqlar formalaşdırır. Azərbaycan davamlı olaraq uğurlar əldə edir və beynəlxalq layihələrdə aktiv iştirak edir, qlobal tədbirlərə evsahibliyi edir. Davos Forumunda ən çox görüşlər keçirən, müzakirələr aparan və müxtəlif əməkdaşlıq təklifləri alan dövlət başçıları sırasında İlham Əliyevin xüsusi yeri var.
Reallıq odur ki, dünya enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu günbəgün artır. Davos İqtisadi Forumunda qlobal enerji layihələrinin şaxələndirilməsi bölgədə və dünyada əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli amil kimi qeyd olunur. Azərbaycan neft-qaz ixracatçısı kimi beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan qazı üçün qapılar, yeni tranzit yollar açılır.
DİF-də "COP30-a gedən yol" mövzusunda panel müzakirəsi də baş tutdu. Müzakirədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil, Braziliya xarici işlər nazirinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo və digər yüksək vəzifəli nümayəndələr iştirak etdilər.

Dövlətimizin başçısının görüşlərinin say çoxluğu və əhatəliliyi DİF-i ölkəmiz üçün müstəsna platformaya çevirib. Ölkəmizi gözdən salmaq, onun nüfuzuna xələl gətirmək üçün var gücləri ilə çalışan bu cür ritorika fonunda Prezident İlham Əliyev Davosda böyük rəğbətlə qarşılanır. Bütün bunlar isə dövlət başçısının uğurlu liderlik xüsusiyyətinin nəticəsidir. Prezident İlham Əliyev DİF çərçivəsində dünya liderləri və aparıcı şirkət rəhbərləri ilə görüşlər keçirməklə yanaşı, eyni zamanda, təşkil olunan panellərə qatılıb, sualları cavablandırıb, ziddiyyətli sayılan məsələlərə aydınlıq gətirib.

Bu forumda iqtisadi proseslər müzakirə edilsə də, onun siyasi əhəmiyyəti də böyükdür. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir.

Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Dövlətimizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi mühüm rolunu diqqət mərkəzində saxlanıb. Ümumən, dövlətimizin başçısının DİF müstəvisində reallaşdırdığı fəaliyyət onu göstərir ki, Azərbaycan bu platformaya həm iqtisadi, həm də siyasi cəhətdən yanaşır. Belə yanaşma isə dövrün tələbidir.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1227   Tarix: 28 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr