Tofiq Bəhramovun nəvəsi: "Gedəndə dedi ki, nəvələrim pəncərədən əl eləsin"
Bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun 100 yaşı tamam olur.
Bakuplus.az bu münasibətlə görkəmli hakimin nəvəsi Tofiq Bəhramovla əlaqə saxlayıb, o, babası ilə bağlı xatirələrini bölüşüb.
Tofiq Bəhramov deyib ki, babası meydanda nə qədər sərt insan təsiri bağışlasa da, evdə bir o qədər mülayim, mehriban insan olub: "Biz bir yerdə yaşayırdıq. Mən baba evində anadan olmuşam. Babam işdən sonrakı vaxtını, istirahət günlərini daha çox nəvələrinə həsr edərdi. Biz Dənizkənarı Bulvarın yanında qalırdıq, axşamlar hər gün gəzintiyə çıxırdıq. Hər gün də bizə xeyli insan yaxınlaşırdı, salam verirdi, hal-əhval tuturdu. Ola bilsin ki, meydanda sərt insan təsiri bağışlayıb, amma evdə mülayim idi, uşaqla uşaq, böyüklə də böyük kimi davranırdı".
Tofiq Bəhramovun sözlərinə görə, babası üçüncü infarktdan bir neçə gün sonra dünyasını dəyişib: "Heç yadımdan çıxmaz, onu evdən indiki Mərkəzi Xəstəxanaya aparanda dedi ki, biz aşağıda olanda nəvələrim pəncərədən əl eləsin. Biz üçüncü mərtəbədə qalırdıq. Çıxdıq, ona əl elədik. Bir-iki gün sonra isə rəhmətə getdi".
Onun bildirdiyinə görə, hakim Tofiq Bəhramovun dəfnində izdiham yaşanıb.
Tofiq Bəhramov bildirib ki, bu gün də babasının xatirəsinə olan yüksək diqqət və ehtiram onu tam qane edir və sevindirir: "Ailəmiz də həmişə diqqət və qayğı görüb".
Nəvə Tofiq Bəhramov gömrük orqanında çalışsa da, oğlu futbolçudur: "Oğlum Bəhram Bəhramov "Zirə" futbol klubunun 13 yaşlılardan ibarət komandasında oynayır. 7 ildir ki, futbolla məşğuldur. Qismət olsa, gələcəkdə bu sahədə ciddi uğurlar qazanar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1272 Tarix: 29 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
Son illər həyatında dəyişiklik etmək istəyən insanların bir qismi psixoloqla yanaşı, müxtəlif "enerji kouçları"na və ritual praktikalarına da müraciət edir. "Enerjimi təmizlədim, həyatım dəyişdi", "ritual etdim və arzuma çatdım" kimi fikirlər sosial şəbəkələrdə də kifayə
10 sentyabr"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind
10 sentyabrAli Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir. Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib
10 sentyabr"Ali təhsilə yeni standartların gətirilməsinə ehtiyac duyulur" - DEPUTAT
Avropa universitetləri, bu yaxınlarda isə ABŞ-də bir universitet Boloniya sistemi çərçivəsində üçillik bakalavr proqramına keçiblər. Dünyada baş verən trendləri nəzərə alaraq Azərbaycanda da "Ali təhsil haqqında qanun" layihəsinə yenidən baxmaq olar. xəbər verir ki, bunu Milli Məclisin deputat
11 sentyabrSabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11 sentyabrUniversitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik al
11 sentyabrYeni təhsil qanununun qəbulu təklif edilir
Azərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O bildiri
11 sentyabr