"Əksəriyyəti, ali təhsili olmadan belə həkim kimi işləyə bilirlər" - AÇIQLAMA
"Məncə, həkimlərin reklamına qadağa qoyulması ilə bağlı addımın atılmağına ehtiyac var. Çünki, indi hər şey o qədər, bazar iqtisadiyyatına, gəlirə fokuslanıb ki, peşəkarlıq, artıq, pərdəarxasında qalıb. Hansı həkimin pulu daha çoxdursa, reklamı da çox olur".
Bunu Sonxeber.az-a sosioloq Lalə Mehralı danışıb.
O, açıqlamasında qeyd edib ki, həkimlərin reklamı qadağan edilməli və ya edilmədiyi halda isə, bunlara ciddi nəzarət olunmalıdır:
"Nəticə etibarı ilə pasentləri özünə cəlb edə bilir. Həkimlərin, əksəriyyətinin, sosial şəbəkələrinə baxıram və görürəm ki, kim daha çox reklam verir, məşhurudur, onların paylaşımları arasında öz təhsilləri ilə bağlı demək olar ki, heç bir informasiya yoxdur. Son zamanlar baş verən hadisələrdən də biz gördük ki, əksəriyyəti, ali təhsili olmadan belə həkim işləyə bilirlər. Mən belə hallara "dəli cəsarəti" deyirəm. Yəni, sən o qədər cəsarətli olmalısan ki, bu cəsarət dəlilik həddinə çatmalı və sən tibb təhsilin olmadan həkimlik edə və əməliyyatlara girəsən. Bu ağılı olan adamın edəcəyi iş deyil. Ona görə də, düşünürəm ki, həkimlərin reklam məsələsinə ciddi şəkildə əncam çəkilməlidir. Reklam edilməsi qadağan edilməli və yaxud bunun üçün müəyyən çərçivələr təşkil olunmalıdır. Reklam çəkilərsə də bunlara güclü nəzarət olmalıdır ki, hər istəyən özünü həkim kimi qələmə verə bilməsin".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1791 Tarix: 03 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabr